Ana səhifə
25 Sentyabr 2018

Özəl sektora maliyyə dəstəyi daha da gücləndirir

Bu biznes mühitini yaxşılaşdırır və biznesin inkişafına təkan veririr

 «Nazirlər Kabinetinin son iclasında da möhtərəm Prezidentimiz İlham Əliyev  bu reallığı əsaslı şəkildə qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı  uğurla inkişaf edir. Bu, özlüyündə  böyük göstəricidir. Çünki dünyada  və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla  gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq»,- Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov deyib. Onun sözlərinə görə, təkcə cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. İqtisadiyyat 3,7 faiz, qeyri-neft sektoru 6 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 6,7 faiz  artıb. Ölkə iqtisadiyyatına  16 milyard dollar investisiya qoyulub. 87 min  yeni iş yeri yaradılıb ki, onlardan 67 mini daimi iş yeridir. İşsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Əhalinin  pul gəlirləri  5,8 faiz artıb.  «Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son illərin statistikasına diqqət yetirdikdə Azərbaycanın iqtisadi inkişafının hansı səviyyədə olduğunu daha aydın görmək olur. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi hərtərəfli inkişafın təmin edilməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir.  İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində  iqtisadiyyatın inkişafında neft amilinə verilən yüksək dəyərin nəticəsi təbii ki, Azərbaycanın bugünkü reallıqlarıdır».
 Malik Həsənovun sözlərinə görə, on il ərzində  Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. «Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə çətinliklər də olacaqdır.» Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən  bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulub. Bütün vədlərini biri-birindən əhəmiyyətli addımları, islahatları ilə doğruldan Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan  neft strategiyasının davamı nəticəsində qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət  bu gün beynəlxalq səviyyədə etiraf olunmaqla Azərbaycana marağı artırır. Cənab İlham Əliyev  proqram xarakterli çıxışlarında  inkişafın yeni mərhələ üzrə  istiqamətlərini göstərməklə  vurğulayır ki,   yalnız düşünülmüş siyasət,  qətiyyətli siyasi iradə,  xalqla birliyin  möhkəmlənməsi  sayəsində  ölkəmizdə  qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür».
Malik Həsənov bildirib ki, qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir. Bu istiqamətdə davamlı tədbirləri həyata keçirməklə uğurlu nəticələrə yol açdı. Sahibkarların və regionların malik olduğu  imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının və sahibkarlığın inkişafı ilə bağlı layihələrin uğurlu icrası qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Son 12 ilin uğurlarının təhlili Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsinin vacibliyini təsdiqləyir.  Belə ki, ölkəmizin ev sahbiliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də bu fikir xüsusi qeyd edilir ki,  inkişafın Azərbaycan modeli mövcuddur və onun öyrənilməsi vacibdir. Bu günümüzün əsas çağırışı olan yoxsulluqla mübarizə sahəsində qazanılan uğurlarımız təqdir edilir.  «Dövlətimizin başçısı İlham Əliyevin  sərəncamı ilə hər ilin konkret bir sahəyə aid edilməsi də hərtərəfli inkişafı sürətləndirir. Ötən ilin «Sənaye ili», cari ilin «Kənd təsərrüfatı ili»  elan edilməsi ilə həyata keçirilən tədbirlərin qarşıya prioritet məsələ kimi qoyulan sahibkarlığın inkişafına öz töhfəsini verir.  O da məlumdur ki, özəl sektora, sahibkarlığa maliyyə dəstəyinin daha da gücləndirilməsi  məqsədilə  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli  kredit verilib və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması  nəzərdə tutulub.  Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi  Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonuna qədər 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.  Möhtərəm Prezidentimiz İlham Əliyev  qeyri-neft sektorunun inkişafını iqtisadi inkişafın əsas hərəkətverici sahəsi kimi dəyərləndirərək, artıq ümumi daxili məhsulun təxminən 70 faizinin qeyri-neft sektorunda formalaşmasını bu sahəyə diqqətin göstəricisi kimi qeyd edir.  Bu  məqsəd bir daha diqqətə çatdırılır: «Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq», o deyib.
Malik Həsənov bildirib ki, konkret Dövlət Proqamlarında icrası zəruri olan tədbirlər öz əksini tapır və onların icrası daim dövlətimizin başçısı İlham Əliyevin diqqətindədir. Məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi böyük inam və qətiyyətlə ortaya qoyuruq. Azərbaycanın  ötən illərdəki uğurlarının fonunda  işlənib hazırlanan və təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əsas hədəflər öz əksini tapıb. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına  və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən «yüksək insan inkişafı ölkələri» qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması,  biznes mühitinin daha da  yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir.  Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur.
(ardı var)

Tarix
22 Dekabr 2015 [17:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin