Ana səhifə
22 May 2018

ADU-da “Azərbaycan-Çin siyasi əməkdaşlığının yeni mərhələsi” adlı elmi seminar keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərinin yekunlarına həsr olunmuş “Azərbaycan-Çin siyasi əməkdaşlığının yeni mərhələsi” adlı elmi seminar keçirildi. Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri haqqında məlumat verərək iki ölkə arasında mövcud olan dostluq və çoxtərəfli əlaqələrin inkişaf etməsindən, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin tarixi əhəmiyyətindən danışdı. O, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Çin rəhbərliyinin ədalətli dəstəyinin əhəmiyyətini vurğuladı. Seminarda çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, tarix elmləri doktoru Nurulla Əliyev “Uzaq Şərqin müasir geosiyasətinin xüsusiyyətləri” mövzusunda danışaraq Asiyanın hərbi-siyasi, geostrateji və geoiqtisadi proseslərində Çinin rolu haqqında məlumat verdi. Sonra ÇXR-nin Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Ticarət məsələləri üzrə müşaviri Yuy Xunçı sənaye, nəqliyyat və logistika sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivləri barədə danışdı. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun “Ərəb ölkələrinin tarix və iqtisadiyyatı" şöbəsinin müdiri Fərda Əsədov çıxışında orta əsrlərdə türk dövlətinin formalaşmasında Çinin imperiya ənənələrinin rolunu vurğuladı. Seminar çərçivəsində Nurulla Əliyevin bölgədə nəzarət yaratmaq üzrə geosiyasi mübarizəyə həsr olunmuş “Qərb şahmat lövhəsinin Şərq xüsusiyyətləri” (Xəzər və Asiya-Sakit okeanı regionlarında Çin və geosiyasi rəqabət) adlı kitabın təqdimatı da keçirildi. Seminarda ÇXR-in Azərbaycandakı səfirliyinin attaşesi Sya Fan, ADU-nun Beynalxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da iştirak edirdi.

Tarix
22 Dekabr 2015 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin