Ana səhifə
26 Sentyabr 2018

İki müğənni arasında qalmaqal - FOTO

Ucnoqta.azxəbər verir ki, iki müğənni arasında münasibətlərin bərbad olması Space telekanalında yayımlanan “Hər bir havada” verilişinin çəkilişləri zamanı bəlli olub. Təsadüfən verilişdə görüşən tərəflər çəkiliş zamanı qalmaqal yaşayıb. Belə ki, Afaqı görən Aytac öncə verilişdən imtina etsə də, aparıcının təkidi ilə çəkilişlərdə iştirak edib. Çəkiliş zamanı Aytac Afaqa jest edib ona xoş sözlər desə də, Afaq həmkarını tənqid etməkdən çəkinməyib. Emosialarını çılovlamağa çalışan Aytac verilişi yarımçıq tərk edib.

Məsələ ilə bağlı yalnız Afaq açıqlama verdi: 

“Məncə, qadın güclü olmalıdır. İstər sənətdə, istərsə də şəxsi həyatında. Mübarizə etməyi bacarmalısan. Aytacın verilişi yarımçıq tərk etməsi onun acizliyidir. Əslində, onunla eyni verilişdə iştirak etmək heç mənə də xoş deyil. Mən də verilişi tərk edə bilərdim. Amma bu hərəkət tamaşaçılara qarşı böyük hörmətsizlik olardı kı, onu da Aytac etdi. Son zamanlar belə qərara gəlmişəm ki, insanlar arasında baş verən xoşagəlməz hadisələr pərdə arxasında qalsa, yaxşıdır. İstəməzdim Aytacla aramızda baş verən münasibət hər kəsə bəlli olsun”.

Verilişin aparıcı Aytənin “Siz Aytac Bərdəlini müğənni kimi tanıyırsınız?” sualına A.Aslan bu cür cavab verdi: “Mən o adda adamı və onun müğənni olduğunu aramızda baş verən qalmaqaldan sonra tanımışam. Onun nə mahnılarını eşitmişəm nə də sənətindən xəbərim var”.

Afaqın bu sözlərini pərdə arxasında eşidən Aytac göz yaşlarını saxlaya bilmədi.(Avropa.info)

Tarix
30 Oktyabr 2014 [15:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin