Ana səhifə
22 Noyabr 2018

180 manat oğurladı, 7 il iş aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Nazim Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.
 

Ucnoqta.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nazim Bağırov 7 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, təqsirləndirilən şəxs bu il iyunun 1-də Nəsimi rayonu ərazisində Təzəgül Musayevanın 180 manatını əlindən alaraq qaçıb. Nazim Bağırov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib. 
Nazim Bağırov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir.(Lent.az)

Tarix
30 Oktyabr 2014 [15:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin