Ana səhifə
20 Noyabr 2018

Prezidentin qızı sərgidə (FOTO)

Rusiyada Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin (1927-2007) sərgisi açılıb.

 

Ucnoqta.az xəbər verir ki, Sərginin açılışında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. 
Açılış Sankt Peterburqdakı Rus Muzeyinin mərmər sarayında baş tutub. 

Sərginin açılışından əvvəl Leyla Əliyeva muzey rəhbərliyinin dəvəti ilə I Nikolayın nəvəsi, böyük knyaz Konstantin Romanovun Rus Muzeyindəki məzarını ziyarət edib.

Leyla Əliyeva sərginin açılışında çıxış edərək deyib ki, bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar gündür. “Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi və mədəni sahələrdə qədim və möhkəm dostluq telləri bağlayır. Azərbaycanda rus ədəbiyyatını, rus teatrını, rus kinosunu və əlbəttə, rus rəssamlıq sənətini çox sevirlər. Çox sevindirici haldır ki, Rusiyada da Azərbaycan incəsənətinə maraq göstərilir, bizim mədəniyyətimiz belə geniş və ləyaqətlə təmsil edilib. Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyadakı qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır. Rasim Babayevin sağlığında ona Fransaya köçmək və orada işləmək təklif edilib. Lakin o, bu təklifi qəbul etməyib, çünki Azərbaycandan uzaqlarda yarada bilməzdi. Onun ilham mənbəyi Azərbaycan xalçalarının naxışları, Şəki saraylarının vitrajları, habelə xalq nağılları və rəvayətlər idi. Məhz bu səbəbdən onun işləri bu qədər parlaq, səmimi və nağılvaridir". 

L.Əliyeva bildirib ki, həqiqi sənət üçün dini və ya milli sərhədlər yoxdur. Həqiqi sənət zamanın və məkanın fövqündədir, hamı üçün əlyetərlidir. 

Leyla Əliyeva sərginin təşkilatçılarına təşəkkürünü bildirib və Rus Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib. “Xeyirin şər üzərində hökmən qalib gələcəyini rənglərin dili ilə bizə deyən rəssam Rasim Babayevin maraqlı sənət dünyasını özünüz üçün kəşf etməyinizi arzulayıram”.

Sərgi noyabrın 24-dək davam edəcək. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad edib. 1949-1950-ci illərdə Ulu Öndər bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb.(ANS PRESS)

Tarix
30 Oktyabr 2014 [15:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin