Ana səhifə
21 Noyabr 2018

“Qələbə çələngi” Parisdə yox, Moskvada “asılmalıdır"

Elman Nəsirli: “Beynəlxalq aləmin danışıqlara pozitiv yanaşmaları nəticəsiz qalmış fəaliyyətlərini ört-basdır etməyə yönəlib”

 

 

Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü beynəlxalq ictimaiyyətin , o cümlədən xarici ölkə nümayəndələrinin müzakirə obyektindədir.  Beynəlxalq cəmiyyət Paris görüşündə, ümumiyyətlə münaqişə tərəflərinin danışıqlara cəlb olunmasında pozitiv məqamlar axtarmağa çalışsalar da, həllə nikbin “notlar” görünmür. Qeyd edək ki, bu günlərdə Aralıq və Qara dəniz Tədqiqat Şurasının rəhbəri Alla Yazıkova müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin çətin problem adlandırıb, bunun həllinin həm də bir sıra xarici amillə bağlı olduğunu deyib. O bildirib ki, tərəflər bir-birinə əks mövqedə dayanırlar. Çünki son vaxtlar qarşılıqlı ittihamlar, bəyanatlarlar sərtliyi ilə seçilir. Onun sözlərinə görə, bu ərazilər Azərbaycan torpaqları olsa da, burada ermənilər də yaşayıblar. Son 20 ildə yeni nəsil böyüyüb. Təmas nöqtələrini ictimai səviyyədə tapmaq çətindir, bütün ictimai dialoqu qaydaya salmaq cəhdləri müvəffəqiyyətlə nəticələnmir. Ekspertin fikrincə, ən real nəticəyə indi nail olmaq mümkündür. Tərəflərin razılığını problemin həlli istiqamətində mühüm addım hesab etmək olar. Ermənistanla işğal edilmiş Azərbaycan rayonlarının azad olması haqqında dialoq aparılmalıdır və təhlükəsizlik zolağı kimi mərhələli şəkildə 5-7 rayon qaytarılmalıdır. Azərbaycan müxtəlif variantlara hazırdır. Amma təəssüf ki, qarşı tərəf buna hazır olmadığı üçün məhz oradan təhlükə çıxır, atışmalar aparılır, qurbanlar verilir. Bu rayonlar regionda təhlükəsizlik üçün əngəl daşı olur. Ermənistan gələcəyini, özünü təcrid vəziyyətdən çıxarmaq, məhsulunu ixrac etmək üçün düşünməlidir.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə bəyan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dostu və tərəfdaşı kimi problemin sülh yolu ilə nizamlanması üçün hər şeyi edir.  Heffern deyib ki, ABŞ qarşılıqlı anlaşmanı stimullaşdırır ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mümkün olsun.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü irəliyə doğru çox müsbət addım hesab edib. M.Mard qeyd edib ki, bu cür yüksəksəviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında bu cür yüksəksəviyyəli görüşlərin gələcəkdə də davam etdirilməsi vacibdir. Beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinin həllinə bu cür yanaşmaları isə yerli siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmır.

 

Politoloq Elman Nəsirli bildirdi ki, münaqişənin həlli missiyasını daşşıyan ATƏT-in Minsk qrupu danışıqalar prosesinə yalnız bir prizmadan yanaşır. Onun da əsasında  “Təki münaqişə müharibəyə çevrilməsin” prinsipi dayanır. Politoloq dedi ki, bu təşkilatın 1992-ci ilin mart ayından bu yana olan fəaliyyətini izləsək, bu qənaətə gəlmək olar ki, onlar yanız prezidentlərin görüşünün təşkil edilməsi və bir müddət müharibə təhlükəsinin yaranmamasına çalışırlar. Politoloq bu mənada hesab edir ki, Paris danışıqları və beynəlxalq aləmin danışıqlara pozitiv yanaşmaları özlərinin nəticəsiz qalmış fəaliyyətlərini ört-basdır etməyə yönəlib. E.Nəsirlinin sözlərinə görə, həmin qurumlar Paris görüşünə qiymət verərəkən bundan əvvəlki görüşlərin kəmiyyət baxımından intensiv olmadığına da diqqət çəkirlər. “Kəmiyyətdən keyfiyyət” halına keçidin təmin edilib-edilməməsi sualına gəlincə, buna müsbət cavab vermək çox çətindir”.

 

Politoloq eyni zamanda Parisdə bəzi pozitiv gedişlərin də olduğunu qeyd etdi. “Birinci pozitiv cəhət ondan ibarətdir ki, ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara məhkəmə prosesi təşkil edildiyi bir vaxtda Ermənistan və Azərbaycan prezidentləri razılaşma əldə etdilər ki, Beynəlxalq Qızıl Xac Cəmiyyətinin mandatı altında əsirlərin geri qaytarılması ilə bağlı mübadilə aparılsın. O baxımdan hesab edirəm ki, girovluqda olan azərbaycanlıların geri qaytarılması məsələsi hardasa Parisdə öz həllini tapıb. Əvvəlki görüşlərdən fərqli olaraq, Paris danışıqlarından sonra biz Ermənistan prezidentinin məsələ ilə bağlı fərqli davranışının şahidi olduq. Danışıqalar aparan tərəflər münaqişənin həlli ilə bağlı nə kimi razılaşmaların əldə olunması ilə bağlı məsələlərə sükutla yanaşdılar”.

 

Politoloq bu sükutun 2 versiya üzərində dayanmağa əsas yaratdığını dedi: “Birinci nəticə pozitivdir. Bu da Parisdə münaqişənin həlli ilə bağlı kövrək də olsa müəyyən razılaşmanın olması ilə bağlıdır. Sadəcə olaraq onun elan edilməsi və ictimayiləşdirilməsi həmin razılaşmaların üstündən xətt çəkə bilər. İkinci isə neqativ versiyadır. Bu isə bu sükutun əsasında “deməyə sözün olmamamasıdır”. Bu günə qədər təxminən 50-yə qədər görüş keçirilib. Bu görüşlərdə elə bir fərqli yanaşma yoxdur ki, onun üzərində xüsusilə dayanmaq mümkün olsun. Amma istənilən halda ATƏT-in Minsk qrupu  və eyni zamanda Fransa prezidenti məmnun görünürlər. Ola bilər ki, həmin mənmnunluğun əsasında bu görüşdən sonra ən azı 2015-ci ilin sentyabr ayında  Nyui-Yorkda BMT Baş Məclisinin növbəti sesiyasında növbəti görüşün keçirmək niyyətləri dayanır. Çünki hesab olunur ki, bu görüşə qədər münaqişənuin müharibəyə çevrilməsi ehtimalı xeyli səviyyədə aşağı düşəcək”.

 

Politoloq bütün bunlarla yanaşı Paris göürüşündən möcüzə gözləməyin yersiz olduğunu da dedi. “Çünki Paris görüşüə qədər Ermənistanda mövcud hakimiyyətin istefasını tələb edən çağırışlara nəzər yetirsək, bu qənaətə gəlmək olar ki, Ermənistan prezidentindən hər hansı bir kompramisə getməyi gözləməyin də əsası yox idi. Nəzərə alsaq ki, Vladimir Putin 10 avqust danışıqalarında payızda yenidən Ermənistan-Azərbaycan danışıqlarının olacağını bəyan etmişdi, ona görə də Sarqsyan heç bir vaxt Parisdə güzəşt etməzdi.  Belə bir güzəşt olacaqsa, bunu yalnız Rusiya prezidentinin təşkil etdiyi görüş çərçivəsində gözləmək mümkündür. Yəni “qələbə çələngi” Parisdə yox, Moskvada “asılmalıdır”.

 

Politoloq Paris danışıqları ilə bağlı ekspertlərin müxtəlif fikirlər səsləndirməsini də təbii  saydı. Onun szölərinə görə, kimlərsə pozitiv, kimlərsə də neqatifv nüansların axtarışına çıxacaq. Amma prinsip etibarilə Paris danışıqalarına nə qələbənin, nə də məğlubiyyətin olmadığı bir məkan kimi qiymət vermək daha düzgündür”.

 

 

T.Qafarlı 

Tarix
30 Oktyabr 2014 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin