Ana səhifə
15 Noyabr 2018

Putinin devriləcəyi vaxt açıqlandı - Sosioloqdan iddia

Rusiyalılar indiki siyasi rejimin alternativinin, Rusiya prezidenti Vladimir Putinin əleyhdarlarının olmadığını görürlər.

 

Ucnoqta.az xəbər verir ki, bunu sosioloq, “Levada-Mərkəz”in rəhbəri, filosofiya elmləri doktoru Lev Qudkov “Novoe Vremya” jurnalındakı köşəsində azıb. Qudkov qeyd edib ki, rusiyalılar artıq Putini milli qəhrəman kimi görmürlər, o onların nəzərində hərif və aşağılanmış siyasətçidir, onların fikrincə, öz məqsədləri naminə istənilən hüquqi və mənəvi dəyərləri nəzərə almaya bilir: “Əgər yaxın bazar günlərindən birində Rusiyada prezident seçkiləri keçirilərdisə, rusiyalıların 49 faizi Vladimir Putinə səs verərdi. Bu bir ay bundan əvvəlki sorğudakı göstəricidən 8 faiz azdır”.  

Bununla belə, Qudkovun fikrincə, rusiyalıların çoxu inanır ki, Putin qədim Rusiya torpaqlarını geri qaytarır. Ancaq əhalinin bir hissəsi tətbiq olunan sanksiyaların zərərini hiss edib və bu vəziyyətdən narahatdırlar: “Bizim araşdırmalarımız nəticəsində ortaya çıxan mənzərəyə uyğun fikir yürütsək görərik ki, insanların əksəriyyəti Rusiyanın güc siyasətinin avantürist nəticələri haqda düşünürlər”.

Bu şəraitdə Putini devirməyin mümkün olub-olmamasına gəldikdə, sosioloqun sözlərinə görə, Putinin güclü rəqibləri və indiki hakimiyyətə alternativ qüvvələr olmayana qədər Rusiyada siyasi rejimin dəyişikliyini gözləmək yersizdir/modern.az/. 

Tarix
30 Oktyabr 2014 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin