Ana səhifə
24 Sentyabr 2018

“Arzu və Murad” təqdim olundu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası nümayiş etdirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni tamaşa 2014-cü ildə həyata keçirilmiş “Anamın kitabı” ədəbi mükafatı pyes müsabiqəsinin uğurlu yekunu olub. 
Gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa ediblər. 
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.  
Tamaşanın yekununda 2015-ci il üçün “Anamın kitabı” ədəbi mükafatı pyes müsabiqəsinin mükafatlandırma mərasimi baş tutmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat  İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş  “Anamın kitabı” ədəbi mükafatı pyes müsabiqəsi – 2015-də fəal iştirakına görə Vüsal Məmmədzadə, Orxan İsmayıl, Nərgiz İsmayılov müsabiqədə fəal iştiraklarına görə diplomla təltif olunublar. 
Mükafatın Fəxri Fərmanları “Qarabağ savaşçısı – topçu İskəndər” əsərinə görə Dilman Şahmərdanlıya (17 bal) və “Qızıl heraldika” əsərinə görə Xəyalə Murada (18 bal) təqdim edilib.
Müsabiqənin 2-ci yerinin qalibi “Qar gözlərkən” əsəri ilə Enur Rzayev (25 bal), 3-cü yerinin qalibi “Erməni lavaşı” ilə Ülviyyə Mustafayeva (21 bal), 4-cü yerinin qalibi “Yurd  itkisi” əsəri ilə Zaur Vedili (20 bal) müəyyən edilib. 
Mükafatlandırma mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologyia elmləri doktoru, professor, müsabiqənin münsiflər heyətinin sədri İsa Həbibbəyli, Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov,  ədəbi mükafatın ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, layihənin rəhbəri Müşfiq Xan çıxış edərək gənclərin teatr sahəsində cəlb etmək məqsədilə həyata keçirilmiş müsabiqənin uğurlu nəticəsi, gələcək illərdə müsabiqəyə ediləcək dəyişikliklər haqqında danışıblar. 

Tarix
18 Dekabr 2015 [14:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin