Ana səhifə
19 Sentyabr 2018

19 yaşlı oğlan dostu ilə dayısının evini yardı

Masallı rayonun Çayqıraq kənd sakini Gülayə Həsənovanın evindən oğurluq edənlərin kimliyi müəyyənləşib. 

Ucnoqta.az xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluğu təşkil edən onların qohumlarıdır.

Rayon polis şöbəsinin müstəntiqi Anar Xəlilovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, saxlanılan şəxslərdən biri elə qarət olunan ev sahibinin qohumudur.

“Dünən saat 23 radələrində 19 yaşlı Yasəf Boyluyev və onun tanışı 20 yaşlı İlqar Nəsirov oğurluq etmək üçün dayısının evinə yaxınlaşıb. Evdə heç kəsin olmadığını görərək hər ikisi evə daxil olaraq evdə olan sandığın içərisindən qıfılı qırmaqla içindəki 6 min ABŞ dolarını oğurlayıblar”, - deyə Anar Xəlilov bildirib.

Oğurluq etməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb. Barələrində həbs qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, Yasəf Boyluyev bundan əvvəl də oğurluq etdiyi üçün məhkum olunub. Onun yeni “silahdaşı” İlqar Nəsirov isə onu oğurluğa Yasəfin təhrik etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.(ANS PRESS)

Tarix
30 Oktyabr 2014 [15:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin