Ana səhifə
21 Noyabr 2018

Azərbaycanla Küveyt arasında İKT sahəsində əməkdaşlıq genişləndiriləcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

Ucnoqta.azxəbər verir ki, nazirlikdən verilən məlumata görə, iki ölkə arasında səmimi dostluq təməli üzərində qurulan əlaqələrdən söz açan nazir Əli Abbasov xüsusən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. Küveytin bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını bildirən nazir daha sonra qonaqları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə tanış edib və gələcək əməkdaşlıq perspektivlərindən danışıb.

Küveyt dövlətinin ölkəmizlə intensiv əlaqələrin qurulmasına xüsusi önəm verdiyini deyən nazir Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah da Azərbaycan-Küveyt münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun dostluq və əməkdaşlıq zəminində inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğulayıb.

Ölkəsinin İKT sahəsində strategiyası və bu sahədə aparılan dövlət siyasəti haqda da ətraflı söhbət açan qonaq əlaqələrin inkişafı baxımından Azərbaycanla Küveyt arasında Texniki Qrupun yaradılması və İKT sektorunda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması fikrini irəli sürüb. Münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini də vurğulayan küveytli nazir “Bakutel” sərgisinə maraq göstərdiklərini qeyd edərək, sayca 20-ci telekommunikasiya sərgisində Küveytin İKT şirkətlərinin təmsil olunması istəyini bildirib və digər maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

 

Bəhruz

Tarix
30 Oktyabr 2014 [14:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin