Ana səhifə
16 Noyabr 2018

Turistlərin sayında artım cəmi bir faiz təşkil edib

“Azərbaycana ən çox qonşu ölkәlәrdәn gәlәn turistlәrin sayında azalma müşahidә olunur, xüsusilә Rusiya vә İrandan. Bu isə onların daxili mәsәlələri ilә əlaqədardır”.

 

 

Ucnoqta.az xəbər verir ki, apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, ötən 9 ay müddәtindә Azәrbaycana gələn turistlәrin sayı ilə bağlı rәqәmlәr mövcuddur: “Statistika böyük artımı göstәrmir. Amma bu, heç dә Azәrbaycanın turizm potensialının azalması demәk deyil. Bizim tәbliğat mexanizmimizin yaxşı işlәdiyi digәr regionlardan axın artmaqdadır. Bu, əlbəttə, sevindirici haldır”.

Nazir əlavə edib ki, Azərbaycan turizm potensialı haqda təqdimatlarını daha çox xaricdə keçirməyə üstünlük verir: “Gələn il bizi böyük sınaq gözləyir. Təqdimatları daha çox xaricdə keçirməyə üstünlük veririk. Hər halda, turist sayında azalma yoxdur, amma rəqəmlərin artım tempi keçən illərə nisbətən səngiyib. Biz heç nəyi gizlətmək niyyətində deyilik. Turistlərin sayında yarım illik artım faizi cəmi bir faiz təşkil edib. Amma ilin axırına kimi təxminən 3-4 faiz civarında artım gözlənilir”.  

 

Tarix
30 Oktyabr 2014 [13:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin