Ana səhifə
25 Sentyabr 2018

“Oyuq” fəalı “Bala Turkvizyon”un qalibi oldu

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadı böyük uğura imza atdı. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, studiyanın fəallarından biri, artıq geniş tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan 5 yaşlı Nuray Rəhman qardaş Türkiyədə keçirilən “Türkvizyon” - Türk dünyası mahnı yarışması çərçivəsində baş tutan “Bala Turkvizyon” adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi oldu. 13 türkdilli ölkədən 5-16 yaş arasında uşaqların iştirak etdiyi yarışmada “Uşaqlıq illəri” mahnısı ilə (musiqisi Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmova) 115 xal toplayaraq qalib gələn balaca istedadla birinciliyi digər həmyerlimiz 14 yaşlı Əhməd Əmirli də qazanıb.
Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olaraq ölkəmizi təmsil ediblər.

Tarix
16 Dekabr 2015 [14:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin