Ana səhifə
18 Dekabr 2018

CBC telekanalı milli mədəniyyətin təbliğinə görə mükafat aldı

CBC telekanalı Azərbaycan mədəniyyətinin təbliğinə və mədəni hadisələrin işıqlandırılmasına görə mükafata layiq görülüb. Mükafatı mədəniyyət və turizm nazirliyinin mədəniyyətşunaslıq elmi metodik mərkəzi təqdim edib. “Mədəniyyətimizin təbliğində informasiya amili” mövzusunda keçirilən tədbirdə mərkəzin rəhbəri Asif Usubəliyev mədəniyyətin dünyada tanıdılması, Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi incilərin təbliğində medianın, xüsusilə televiziyaların rolunu əvəzsiz adlandırıb. O, CBC telekanalına milli mədəniyyətin təbliğinə özünəməxsus yanaşma sərgilədiyinə görə təşəkkür edib. 

Tədbirdə qeyd olunub ki, işğalçı Ermənistanın Azərbaycan mədəniyyət nümunələrini, tarixi abidələrini mənimsəməsi halları günbəgün çoxalır. Bu məkrli siyasətin ifşa edilməsi, Azərbaycan reallıqlarının bir neçə dildə dünyaya yayılması dövlətin bu sahədə apardığı siyasətə böyük dəstəkdir.  Bu baxımdan, Asif Usubəliyev CBC kanalının gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini bildirib.

Tarix
15 Dekabr 2015 [15:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin