Ana səhifə
20 Avqust 2018

Turkustan.info portalı 4 dildə fəaliyyətə başlayır

Bu gündən Azərbaycanda yeni xəbər portalı - Turkustan.info saytı fəaliyyətə başlayıb. Bu barədə açıqlama verən layihənin rəhbəri Aqil Camal bildirib ki, əsasən Azərbaycan mərkəzli olacaq sayt, bölgəmizdə və dünyada baş verən hadisələri də operativ şəkildə oxucuya çatdırmaq missiyasını həyata keçirəcək: 

“Ölkəmizin önəmli hadisələrini dünyaya duyurmaq üçün səhifəmizdə Azərbaycan türkcəsindən başqa, daha 4 dildə - Türkiyə türkcəsi, ingilis, rus və fars dilində də xəbərlər yayımlanacaq. Fəaliyyətimizdə medianın tərəfsizliyi, obyektivliyi prinsiplərini əsas götürəcəyimizi, milli və dövlət maraqlarını öndə tutaraq bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, diplomatik korpus və cəmiyyətin bütün təbəqələri ilə sıx əməkdaşıq içərisində çalışacağımızı bildiririk. Bu sırada, xüsusilə, mediadakı dostlarımızın dəstəyinə ümid edirik.  
Peşəkar dostlarımızla verdiyimiz birgə qərar, əminəm ki, öz müsbət nəticəsini göstərəcək. Qısa zamanda, Azərbaycan informasiya məkanında öncül yerimizi tutacağıq”.
A.Camal onu da qeyd edib ki, Turkustan.info “Türküstan” qəzetinin adı ilə eyni olsa da, tamamilə müstəqil beynəlxalq informasiya portalıdır. 

http://turkustan.info/

Tarix
15 Dekabr 2015 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin