Ana səhifə
26 Sentyabr 2018

Azərbaycanda sahibkarlıq sferası yeni mərhələyə qədəm qoyur

Fazil Məmmədov : «Vergilər Nazirliyinin fəaliyyəti əsasən elektronlaşdırılıb,  sahibkarlara ən çox sayda elektron xidmətlər göstərən bir dövlət qurumudur»

2015-ci il də əvvəlki illər kimi ölkə iqtisadiyyatının uğurlu inkişafı ilə yadda qalacaq. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, həm Avropada, həm də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşandığı bir şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Doqquz ayda Azərbaycan iqtisadiyyatı bütövlükdə 3,8 faiz, qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Əhalinin pul gəlirləri 5,8 faiz artıb, inflyasiya kifayət qədər aşağı – 3,7 faiz səviyyəsindədir. Büdcə xərclərinin məlum səbəbdən azalmasına baxmayaraq, sosial infrastrukturun yaradılmasına lazım olan qədər vəsait ayrılması bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində həmişəki kimi, yenə də Azərbaycan vətəndaşı dayanır və bu gələcəkdə də belə olacaq. Bu barədə Fazil Məmmədov bildirib. Onune sözlərinə görə,  neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən qədər təsir göstərib. «Lakin Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qeyri-neft sektorunun inkişafı ilə bağlı vaxtında gördüyü tədbirlər nəticəsində iqtisadiyyatımızın qeyri-neft sektorunun yüksək sürətlə inkişaf etməsi bu mənfi təsirin aradan qaldırılmasına imkan verib və cari ilin ötən 11 ayı ərzində vergi daxilolmaları üzrə büdcə proqnozlarına artıqlaması ilə əməl olunub. Vergi orqanlarında ölkə başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilən islahatlar uğurla davam etdirilir. Bu gün Vergilər Nazirliyinin fəaliyyəti əsasən elektronlaşdırılmış, ölkə vətəndaşlarına, sahibkarlara ən çox sayda elektron xidmətlər göstərən bir dövlət qurumudur.
Mütərəqqi vergi sisteminin formalaşdırılmasında biz beynəlxalq təcrübənin öyrənilməsinə, vergi inzibatçılığı sahəsində dünyada mövcud olan yeni innovativ layihələrin ölkəmizə gətirilməsi və uğurla tətbiq edilməsinə böyük önəm verir».
Nazirin sözlərinə görə,  vergi orqanları daha şəffaf və səmərəli işləməli, büdcəyə daha çox vəsait toplamalıdırlar. Bunun üçün bütün imkanlar, ehtiyatlar səfərbər olunmalı, vergi bazası genişləndirilməlidir. «Sahibkarlar da ölkə başçısının vurğuladığı kimi, vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, biznes mühitinin daha da yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Biz Maliyyə Nazirliyi ilə birlikdə, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının yaxından köməyi ilə qarşımızda duran bu vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirməyə çalışırıq»,- nazir deyib.

 Qeyd edək ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5 faiz əməl edilib. Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil edib ki, bu da proqnozun 100,8 faiz icra edilməsi ilə yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir. Fazil Məmmədov bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən kiçik və orta  sahibkarlığın inkişafından asılı olacaq. Vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayan nazir, vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta sahibkarlığın fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, ilk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquq pozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcək.
F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcəkdir. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.
F.Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şaffalığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş  POS-terminalların quraşdırılaraq istifadəyə verilməsi davam edib.
Ymumiyyətlə,  sahibkarlığın inkişafı ilə bağlı özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar sahibkarlığın Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. Son 2 sənəd özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu, artıq, özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir. Hamı razılaşır ki, "ASAN Xidmət" səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də “vasitəçi” axtarmalı olacaq, o sadəcə dövlət rüsmunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq.

 

Tarix
15 Dekabr 2015 [12:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin