Ana səhifə
19 Avqust 2018

Bakıda güclü partlayış

Ucnoqta.azxəbər verir ki, Ötən gün Bakının Sabunçu rayonu ərazisində güclü partlayış olub. Sabunçu rayon Polis İDarəsi 15-ci polis bölməsindən verilən məlumata görə, hadisə saat 14:50-də qeydə alınıb.

Pirşağı bağlarında evlərin birində güclü partlayış səsi eşidilib. Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 65 yaşlı Vaqif Hacıyev yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb olunub. Ağır yanıq xəsarətləri alan Vaqif Hacıyev xəstəxanaya yerləşdirilib. Onun bütün bədəni yanıb. Hazırda vəziyyəti ağırdır.

Araşdırmalar zamanı məlum olub ki, hadisə qaz sızmasından baş verib. Kişi su qızdırıcısını yandırmaq istəyərkən partlayış olub.

Faktla bağlı araşdırma aparılır.(ANS PRESS)

Tarix
6 Oktyabr 2014 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin