Ana səhifə
21 Noyabr 2018

CBC telekanalı Beynəlxalq Televiziya və Radio Akademiyasının diplomuna layiq görülüb

Azərbaycanın CBC telekanalı (Caspian İtnernational Broadcasting Company) Beynəlxalq Televiziya və Radio Akademiyasının "İnteqrasiya" 5-ci Beynəlxalq festivalının diplomuna layiq görülüb. Telekanalın müəllif kollektivi "İlham Zəkiyev" reportajına görə əlillər haqqında və əlillər üçün teleradio proqram və internet layihə festivalının diplomuna layiq görülüb. İlham Zəkiyev-azərbaycanlı cüdoçu, paralimpiyaçı, 100 kq və artıq çəkidə B1 kateqoriyasında çıxış edən ikiqat paralimpiya çempionu(2004,2008), iki dəfə dünya çempionu(2007, 2010) və beş dəfə Avropa çempionu(2005, 2007, 2009, 2011, 2013), "Bakı 2015" Birinci Avropa Oyunlarının çempionu, Azərbaycanın cüdo üzrə əməkdar idman ustası, 6-cı kateqoriya sahibidir. 

Fizuli rayonunda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət zamanı İ.Zəkiyev Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən başından ağır yaralanıb, erməni snayperinin gülləsinə tuş gəlib.  

Beş gün İ.Zəkiyev komada olub və onun sağ qalmasına ümid tükənmişdi. Bununla belə beşinci gün İ.Zəkiyev rayon xəstəxanasında anasının səsini eşidərək oyanmışdır. Təəssüf ki, o gözlərini açarkən heç nə görməyib, çünki kor olub. İdmançı "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub. O 2008-ci Pekində, 2012-ci ildə Londonda keçirilən Yay Paralimpiya oyunlarının açılış mərasimində Azərbaycan yığmasının bayraqdarı olub. 

Beynəlxalq televiziya və radio akademiyası 2002-ci ilin oktyabr ayında Azərbaycan, Belarus, Gürcüstan, Kanada, Litva, Rusiya, ABŞ, Finlandiya, İsveçrə, Tacikistan və Ermənistandan olan elektron kütləvi-informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi təsis konfransında yaradılıb. 

Beynəlxalq Televiziya və Radio Akademiyasının (İATR) əsas vəzifəsi müxtəlif ölkələrdən olan siyasi və coğrafi sərhədlərdən asılı olmayaraq elektron KİV işçilərinin qarşılıqlı yaradıcılığı olan qeyri-hökümət ictimai təşkilatıdır.

Tarix
11 Dekabr 2015 [18:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin