Ana səhifə
26 Sentyabr 2018

Türkan Şoray BDU-da - FOTO

Bakı Dövlət Universitetində tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib. Universitetdən verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Türkan Şorayı Unversitetdə görməkdən məmnunluğunu ifadə edib. O deyib ki, Türkan Şorayın  “Eşq küləyi” filmi ona uğur gətirib və sonradan türk kino tarixinə öz möhürünü vurmuş "Qırmızı ləcək", "Sərçə balası", "Yol", “Arım, balım, pətəyim”, "Məhəbbətim mənim, kədərim mənim" kimi çox məşhur filmlərdə baş rolu ifa edib. Ümumilikdə 220 filmə çəkilən Türkan Şoray yaratdığı obrazları ilə tamaşaçıların böyük sevgisini qazanıb. Rektor  onu da bildirib ki, əsli-kökü Azərbaycandan olan Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamalarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır.
 
Rektor  çıxışının sonunda aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını, aktrisanın qızı, T.Şorayın rejissoru olduğu  “Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə  BDU-nun gümüş medalını  hədiyyə edib.
 
Türkan Şoray çıxış edərək  BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu ifadə edib: "Universitet kollektivi və tələbəblər mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu  qarşılanma mənə sevinc göz yaşları yaşatdı".
 
Aktrisa onu da bildirib ki, tələbələrlə bir arada olmaq, onların enerjisini hiss etmək son dərəcə gözəl duyğudur. Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa “Mən də sizə oxşayıram” deyərək auditoriyanın daha sürəkli alqışlarını qazanıb. Sonra Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.
Görüşdə BDU-nun Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da çıxış edib.

 

Elmin 

Tarix
10 Dekabr 2015 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin