Qəzet bağlandı, əməkdaşlar işdən azad edildi

“Ekran-efir” qəzeti fəaliyyətini onlayn formatda davam etdirəcək

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsisçisi olduğu “Ekran-efir” qəzeti fəaliyyətini dayandırıb. “Report”un xəbərinə görə, qəzetin əməkdaşları işdən çıxarılıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Report”a açıqlamasında bildirib ki, “Ekran-efir” qəzeti bundan sonra fəaliyyətini kağız deyil, onlayn formatda davam etdirəcək: “Qəzetin onlayn formata keçidi çoxdan planlaşdırılırdı”. “Ekran-efir” qəzeti işçilərinin vəzifədən çıxarılmasına gəlincə, X.Qasım bunları deyib: “Kadr məsələləri daxili işimiz olduğundan bu barədə açıqlama vermirik”.

 

Tarix
4 Dekabr 2015 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin