Ana səhifə
21 Sentyabr 2018

Kiçik və orta sahibkarlığın inkişafı cəmiyyətin sosial və iqtisadi yeniləşməsində mühüm rol oynayır

Dövlət kiçik və orta sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur

Ölkəmizdə bazar münasibətlərini formalaşdığı müasir dövrdə kiçik və orta sahibkarlıq bölməsinin yaradılması və inkişaf etdirilməsi cəmiyyətin sosial və iqtisadi yeniləşməsində çox mühüm rol oynayır. Dövlət kiçik və orta sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur. Bundan başqa, kiçik və orta biznesin fəaliyyət dairəsinin geniş olması büdcə vəsaitinin tamamlanmasının səmərəli formasıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, iqtisadiyyatın yenidən qurulmasının labüdlüyü obyektiv olaraq ona doğru aparır ki, ölkə vətəndaşlarının çox böyük hissəsi sahibkarlıq fəaliyyəti ilə maşğul olur. Belə şəraitdə dövlətin kiçik və orta sahibkarlığı ağıllı və məqsədyönlü formada müdafiə etməsi labüddür. Çünki, bunlar yeni iş yerlərinin yaradılmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə, sosial gərginliyin aradan qaldırılmasına səbəb olur. Bütün bunlar nəzərə alınmaqla, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə çox böyük diqqət yetirilir. Bu məqsədlə iki dəfə, 1997-2000-ci və 2002- 2005-ci illəri əhatə edən “ Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı” qəbul edilib. Hər iki proqramda nəzərdə tutulan vəzifələr demək olar ki, yerinə yetirilib. Bununla da ölkəmizdə kiçik və orta sahibakarlığın hüquqi bazası inkişaf etdirilib, sahibakarlığı tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olub. Kiçik və orta sahibkarlığa maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Sahibkarların hüquqularının, qanuni mənafelərinin qoruması mexanizmlərinin formalaşması səhəsində məqsədli tədbirlə görülüb. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrinin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə “ nəzarət kitabçası”-nın təbiqinə başlanılıb. Sahibkarlığın inkişafı və dəstəklənməsinə dair bir sıra hüquqi-normativ aktlar qəbul edilib. Onların arasında “Sahibkarlıq fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqqında”, “İnvestisiya fondları haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Xüsusi itisadi zonalar haqqında” və s. bu kimi qanunlar, həmçinin dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək məqsədilə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqında”, “Sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında”, “Sahibkalıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Prezident fərmanları, eləcə də “Bir pəncərə sisteminə keçid haqqında” Prezident sərəncamı da xüsusi yer tutur. Respublikamızda kiçik və orta sahibkarlığa dövlət dəstəyinin hüquqi bazasının əsasını “Azərbaycan Respublikasının kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanun təşkil edir. Bu qanun hər kəsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisdadi fəaliyyət növü ilə məşğul olmaq hüququnun həyata keçirilməsi məqsədi daşıyır. Qanun Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyinin iqtisadi, hüquqi, təşkilatı əsaslarını, forma və üsulları müəyyən edir. Kiçik və orta sahibkarlığa dövlət dəstəyi haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanunda müəyyən edilmiş müddəlardan fərqli müddəlar müəyyən edildikdə həmin beynəlxaıq müqavilələrin müddəları tətbiq olunur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. Qanunda yoxlamaların plan üzrə və plandankənar (növbədənkənar) formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılmışdır ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir. Belə ki, plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib.
Plandankənar yoxlamalar yeni qanuna görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə bilər. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər. Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ-hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanunun əsas özəlliklərindən biridir.
Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir. Əsasən yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq aparılır.
Qanunda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır. Bundan başqa, yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üşün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsulliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanunda göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Respublikamız müstəqiliyini əldə etdikdən sonra dövlətimiz sahibkarlıq fəaliyyətinə xüsusi diqqət və qayğısını əsirgəməmişdir. Sahibkarlıq fəaliyyəti ilə bağlı bu qanunların qəbulu və mövcud qanunların təkmilləşdirilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar iş adamları tərəfindən böyük razılıqla qarşılanır. Dövlət başçısının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı 28 avqust 2013-cü il tarixdə imzaladığı fərman da sahibkarlara böyük qayğıdır.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə"nin 1.4-cü bəndinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. Eyni zamanda əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Bununla əlaqədar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin təkmilləşdirilməsi ilə bağlı daim işlər görülür və bu da sahibkarların reyestrdən səmərəli istifadə etmələrinə şərait yaradır.
Sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Bu da sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı var, diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə də Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək, sağlam rəqabət təmin olunacaq. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir. Eyni zamanda, sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
 Son vaxtlarda isə sahibkar subyektlərində əsassız yoxlamar qadağan edilib, lisenziyaların verilməsi qaydaları sadələşdirilib.
 

Tarix
4 Dekabr 2015 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin