Ana səhifə
17 Yanvar 2018

Qobustanda 20 min hektar taxıl səpiləcək

Qobustan rayonunda 20 min hektar sahədə taxıl səpini keçiriləcəyi gözlənilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a verilən məlumatda bildirilir ki, bu məqsədlə vaxtında və keyfiyyətli şum çıxarılıb, şum altına üzvi və mineral gübrələr verilib. Əkin üçün 3500 ton yüksək reproduksiyalı toxum tədarük olunub ki, bunun 700 tonu yerli istehsaldır, qalanı isə “AzərToxum” MMC-dən alınıb.
İlk günlərdən əkin kampaniyasına 30 taxılsəpən texnika çıxarılıb. Bu texnikanın, demək olar ki, yarısı “Aqrolizinq” ASC-nin “Qobustan Aqrotexservis” filialına məxsusdur. Daha 30 ədəd taxılsəpən maşın əkinə hazır vəziyyətdədir.
Qeyd edək ki, rayonda fəaliyyət göstərən 1 dövlət və 12 özəl toxumçuluq təsərrüfatında, toxumçuluq üzrə bölgə təcrübə stansiyasında, habelə daha çox taxıl əkilən Qobustan, Sündü, Xilmilli, Cəyirli, Təklə və bir sıra digər ərazi vahidlərində səpin kampaniyasına daha mütəşəkkil hazırlıqla start verilib.

 

Tarix
6 Oktyabr 2014 [14:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ