Ana səhifə
18 Dekabr 2018

Sahibkarlığın inkişafına hüquqi yardım göstərilir

Bu, dövlət siyasətinin prioritet istiqamətlərindəndi 

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında qəbul olunmuş ilk Konstitusiyamızda azad sahibkarlıq hüququ konstitusion hüquq kimi təsbit olunub. Respublikamızda azad sahibkarlığın inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət mərkəzində, qayğı və himayəsindədir. Lakin buna baxmayaraq, cənab Prezidentin Azərbaycan Respublikası Nazirlər Kabinetinin son iclasında söylədiyi kimi, hələ də öz şəxsi sərvətlərini artırmaq niyyəti güdən bəzi məmurlar tərəfindən sahibkarlığın inkişafını əngəlləyən, onların fəaliyyətinə maneçilik törədən, yerli-yersiz müdaxilələrə rast gəlinir. Sahibkarlığın inkişafını əngəlləyən bu cür hallar ölkəmizin iqtisadi inkişafını əngəlləyir ki, bu da Cənab Prezidentin söylədiyi kimi dövlətə xəyanətdir. Neqativ  halların aradan qaldırılması üçün sahibkarlığın inkişafına hüquqi yardım vacib məsələ kimi önə çıxır.  Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. Ən əsası, sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan və bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi yüksəliş yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.
Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb. Hüquq üzrə fəlsəfə doktoru

 Günel Həmidli bildirib ki, bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın yerinin nə qədər uzaqgörənliklə və düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkənin yeni müstəqillik tarixinin təhlil və mənzərəsi isə öz növbəsində belə bir reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə olduğu kimi, Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi də ümummilli lider Heydər Əliyevdir. «Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işlər sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi»,- o deyib..
Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar geniş vüsət alaraq  həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu kontekstdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Günel Həmidli bildirib ki, sahibkarlığın ardıcıl inkişafını təmin edən ən mühüm məsələlərdən biri bu sahədə hüquqi bazanın möhkəmləndirilməsidir: « İndiyədək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları və qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də ötən ilin iyulunda qəbul olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. 10 fəsil və 38 maddədən ibarət olan qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanunda nəzərdə tutulub ki, sözügedən tələblərə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur. Qanun yoxlamaların məqsəd və prinsiplərini dəqiq müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir. Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyən olunması və təsdiq edilməsi nəzərdə tululur. Bunun məqsədi icra hakimiyyətləri orqanları tərəfindən özləri üçün yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin qarşısının alınmasıdır. Ən əsası, yoxlayıcı orqanlar tərəfindən bir-birilərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulur».
Qeyd edək ki, qanunda hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Yəni, sahibkar əvvəlcədən ondan nələr tələb olunduğunu bilməlidir. Eyni zamanda, hər bir yoxlayıcı orqanda "qaynar telefon xətti" müəyyən ediləcək. Bununla da sahibkarlar onları maraqlandıran suallara cavab ala biləcəklər və həmin cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılacaq. Digər tərəfdən sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmək imkanları da nəzərdə tutulub. Bunun məqsədi sahibkar tərəfindən gələcək qanun pozuntularından sığortalanmaqdır. Onun sözlərinə görə, qanunun böyük bir hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspertizasının tənzimlənməsinə həsr edilib. İndiki təcrübədən fərqli olaraq müəyyən edilir ki, bu cür ekspertizalar yalnız müstəqil laboratoriyalarda keçirilə bilər. Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlandırılmasına da qadağa qoyulur. Ona görə ki, bu cür təcrübə sahibkarların işgüzar nüfuzuna zərbə vurur».

(ARDI VAR)

Tarix
3 Dekabr 2015 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin