Ana səhifə
15 Noyabr 2018

Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşıb

Müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açıllb

«Ölkədə daxili təlabatın ödənilməsi ilə yanaşı, ixracın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində də tədbirlər görülür». Bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, yerli sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə iştirak edir, qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olur, yeni əlaqələr qururlar.
«Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər hesabına iş adamlarına ciddi dəstək verilir. Bu, davamlı xarakter daşıyır. Verilən kreditlər hesabına görülən işlər qeyri-neft seçktorunun inkişafında vacib rol oynayır»- deyə, nazir vurğulayıb.
O, əlavə edib ki, davamlı iqtisadi inkişafı təmin edən ən mühüm şərtlərdən biri sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılşdırılmasıdır: "Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bu məqsədlə mütərəqqi qanunvericilik bazası yaradılıb, bu sahəyə səmərəli dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin, aqroparkların, biznes inkubabatorların və digərlərinin yaradılmasına başlanılıb. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır. Eyni zamanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir.  Nazirin sözlərinə görə, qeyri-neft sektorunun gücləndirilməsi ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətidir. Sahibkarlıq isə qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsidir. “Oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti qərarlar qəbul edilib. Bunlardan birincisi sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı qəbul olunan qərardır. Dövlət başçısı qanunvericilik təşəbbüsü göstərərək Milli Məclisə qanun layihəsi göndərib. Bu gün Milli Məclisdə həmin qanun layihəsi qəbul edilib. Layihənin mahiyyəti sahibkarlıq subyektlərində bu il noyabrın 1-dən iki il müddətinə aparılan yoxlamaların dayandırılmasıdır. Yəni, noyabrın 1-dən sonra iki il müddətinə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılacaq. İkincisi isə xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmandır. Bu Fərmana uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə veriləcək. Dövlət başçısı tərəfindən göstəriş verilib ki, bir ay ərzində bu lisenziyaların verilməsi qaydaları sadələşdirilsin. Beləliklə, həm lisenziyaların sayı kəskin şəkildə azalacaq, həm də verilmə prosedurları əhəmiyyətli dərəcədə sadələşəcək.
Görülən işlər nəticəsində isə  Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açıllb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb. 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73 faiz, vergi daxilolmalarında 70 faiz, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi təqribən 82 faiz təşkil edib. Hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır".
Nazirin sözlərinə görə, Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Məsələn, “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, bu il isə 189 ölkənin iqtisadiyyatını qiymətləndirən “Doing Business 2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olub. Son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar  ölkəmizin reytinqlərini davamlı olaraq yaxşılaşdırıb: "Belə ki, əsas agentliklər- “Fitch Ratings”, “Standart & Poor's” və “Moody's” hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər. “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-dir. Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, İnsan İnkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlib".
Nazir deyib ki, Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini xüsusi vurğulamaq istəyir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu sahədə 1994-cü ildən başlayaraq neft və qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Cənub qaz dəhlizi və digər qaz kəmərləri vasitəsilə dünya bazarlarına çıxarılması layihələri uğurla həyata keçirilməkdədir. Digər tərəfdən, şərq-qərb və şimal-cənub istiqamətlərində magistral yolların yenidən qurulması regional əməkdaşlığın inkişafına, ölkəmizin tranzit potensialından səmərəli istifadəyə şərait yaradır, Azərbaycanı mühüm tranzit qovşağına, Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir. Məsələn, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlərin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınmasına imkan yaranacaq".
Ş.Mustafayev diqqətə çatdırıb: "Qeyd etmək lazımdır ki, enerji, nəqliyyat və digər regional infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrlə sıx əməkdaşlıq edir. Bununla yanaşı, ticarət, investisiya, enerji mübadiləsi kimi sahələrdə də region ölkələri bizim əsas tərəfdaşlarımızdır. Təəssüflər olsun ki, regional əməkdaşlığın genişləndirlməsi bəzi problemlərlə müşayiət olunur ki, bunların da ən ciddisi Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq siyasəti, Azərbaycanın ərazisinin 20 faizinin işğal altında saxlanılmasıdır. Bu siyasət nəticəsində işğalçı dövlət özü bütün regional layihələrdən kənarda qalıb və işğala son qoyulmayınca bu ölkənin hər hansı layihədə iştirakı mümkün olmayacaq".
Nazir bildirib: "Yekunda əmin olduğumu bildirmək istərdim ki, bu mötəbər tədbir maraqlı çıxışlar və məhsuldar müzakirələrlə zəngin olacaq, Forumun nəticələri nəinki regionda, həmçinin qlobal səviyyədə sahibkarlığın inkişafına töhfəsini verəcək".
Görülən tədbirlər isə özünü ölkə iqtisadiyyatının inkişafında göstərir. Bu gün əldə olunan uğurların təməlində də iqtisadiyyatda həyata keçirilən uğurlu siyasət dayanır. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb: "Son illərdə büdcə kəsiri ÜDM-nin 1 faizdən  çox olmamış, ölkənin xarici borcu ÜDM-nin 8,6  faizi səviyyəsindədir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizə yaxın hissəsini təşkil edir. Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaradıb. Belə ki, 10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əmək haqqı 4,5 dəfə artıb, işsizlik səviyyəsi cəmi 4,9 faiz təşkil edib. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur".

 

Tarix
2 Dekabr 2015 [14:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin