Ana səhifə
19 Noyabr 2018

Bakıda Azərbaycan-Türkiyə Biznes Forumu keçirilir

Bu gün Bakıda Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, apa-economics-in məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə həyata keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən (proqram təminatı, avadanlıq, elektronika, kilid, təhlükəsizlik sistemləri, kabel, ölçü cihazları, TV reklam və s.) Türkiyə şirkətləri iştirak ediblər.

Biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 125 nəfərdən çox sahibkarlar iştirak ediblər.

Türkiyə Elektrik Texnologiyaları İdarə Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu bu gün təşkil olunan forumun iki ölkənin iş adamları arasında mövcud əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov bildirib ki, iş adamları arasında keçirilən ikitərəfli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, sahibkarlar işgüzar əlaqələrin yeni sahələr üzrə genişlənməsinə təkan verəcək.

 

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib. Regionun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirən A. Coşkun ölkəmizdəki sürətli iqtisadi inkişafı böyük maraqla izlədiyini deyib, Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat verib.

 

Biznes forumda çıxış edən ASK prezidenti Məmməd Musayev Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

 

M. Musayev Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O bildirib ki, hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur.

 

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

 

Tarix
30 Oktyabr 2014 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin