Ana səhifə
23 Sentyabr 2018

“Mauqlinin yeni ili”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının məşqlərinə start verilib. Bu dəfə teatr Yeni il ərəfəsində gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Mauqli” pyesi əsasında “Mauqlinin Yeni ili” tamaşasını öz azyaşlı izləyicilərinə təqdim edəcək. 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.  
Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər. 
Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2016-cı ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək. 
Məlumat üçün bildirək ki, yeni tamaşa ilə yanaşı hər  il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni  izləyəcəklər. 

 

 

                                                                                        

Tarix
30 Noyabr 2015 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin