Ana səhifə
19 Sentyabr 2018

Səbail rayonunda 9 ayda əsas kapitala investisiya 5 milyard 548,9 milyon manat olub

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40,6 faiz çoxdur 

Səbail rayon İcra Hakimiyyətində Bayıl və 20-ci yaşayış sahəsində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının və digər aidiyyəatı qurumların rəhbərləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanıb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Eldar Əzizov icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayanıb. Keçirilən görüşün də əsas məqsədinin neqativ halların aradan qaldirilması,  mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, rayon  əhalisinin sıx məskunlaşdığı Bayıl və 20-ci yaşayış sahəsi ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar zamanın tələbinə uyğun işləməlidirlər. Burada yeni iş yerlərinin açılması isə sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq.
İcra başçısı gələcəkdə bu ərazilərdə yeni infrastruktur layihələri barədə məlumat verib,  sahibkarlıq subyektlərinin bu günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işləri aparılmasını tövsiyə edib. Bildirilib ki, bu ərazilərdəki sahibkarlıq obyektləri şəhərin mərkəz hissəsindəki obyektlərdən öz görünüşü, dizaynı ilə kəskin fərqlənir, müasirlikdən çox geridə qalır və artıq yeniləşən və gözəlləşən ərazidə uyğunsuzluq yaradır. Eldar Əzizov RİH tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidənqurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində sahibkarlara hüquqi qaydada bütün lazımi köməklərin göstəriləcəyini qeyd edib.
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandıılmış, qarşıya çıxan bəzi problemlər yerində həll olunub.
Görüşdə çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.
 Qeyd edək ki, Səbail rayonunda görülən işlər özünü iqtisadi göstəricilərdə də göstərir. Ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf paytaxtın Səbail rayonunu da əhatə edib. Bu ilin 9 ayında rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq və quruculuq işləri davam etdirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub, insanların rifahı daha da yaxşılaşıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 9 ayda rayonun sosial- iqtisadi inkişafının yekunları barədə geniş məlumat verərək bildirib ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələrində 10 milyard 393,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib. Nəqliyyat müəssisələrində 316,1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox, rabitə müəssisələrində isə 99,2 milyon manatlıq və ya 6,8 faiz artıq xidmətlər göstərilib.
9 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 548,9 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40,6 faiz çoxdur. Tikinti- quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3 milyard 537,4 milyon manat olub, bu da əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 80 faiz artıqdır. Pərakəndə ticarət şəbəkəsində əhaliyə 345,3 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 29, 9 faiz çox istehlak malları satılmış, xidmət işçiləri əhaliyə 228,3 milyon manatlıq pullu xidmət göstərib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
İlin əvvəlindən Səbail rayonu ərazisində 2177 yeni iş yeri açılıb ki, bunların da hamısı daimidir. Ümumilikdə, 2003-cü ilin  oktyabrından indiyədək rayonda 44485 iş yerləri acılıb ki, bunun da 43617- si daimidir. Səbail Rayon Məşğulluq Mərkəzinə ilin 9 ayı ərzində 1419 nəfər iş axtaran müraciət etdib, onların 763 nəfəri daimi işlə təmin olunub. “Ərazi Məşğulluq Proqramı”na əsasən, 9 ayda 128 nəfər üçün 9 müxtəlif peşə kursu açılıb. İndi Səbail rayonunda çalışan işçilərin sayı 111016 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1124,9 manatdır ki, bu da keçən illə müqayisədə 16,3 faiz çoxdur.
Bildirilmişdir ki, hesabat dövründə Bakı Su İdmanı Sarayı, “İnturist” oteli, Velopark, Avropa Oyunları Parkı, Dövlət Bayrağı Meydanı ərazisində “YARAT” Müasir İncəsənət Mərkəzi, Daş Salnamə Muzeyi, Azərbaycan Evi, Bayıl bulvarı, Avropa Oyunları Parkı, Bakı– Ələt–Qazax yolunun 4–6 kilometrlik hissəsində bağlantı yolları və Bayıl bulvarında inşa olunmuş piyada keçidi istifadəyə verilib. “Sülh ağacı” abidəsinin, “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayonu üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının yeni binasının açılış mərasimləri keçirilmişdir. Əsaslı təmirdən sonra Bakı İdman Sarayı və 190 saylı orta məktəb istifadəyə verilmişdir. Səbail RİH-nin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi başa çatıb.
Hazırda rayonda “Alov qüllələri” kompleksinin, Dənizkənarı Milli Parkda “Xəzər Waterfront” istirahət- əyləncə- alış-veriş mərkəzinin, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, xəstəxananın, idman kompleksinin, otelin və 3 yeni su anbarın, mərkəzdə yeni “İnterkontinental” və “Dinamo” mehmanxanalarının, İş Mərkəzinin, Əhəd Yaqubov küçəsində Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Badamdar şossesində 2,2 kilometr məsafədə yolun genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaqdadır.
Hesabatda göstərilib ki, Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti  sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirimiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib. Xüsusilə Səbail trayonunda bir neçə brend hotellərin yerləşməsi rayonun turizm sektorunda önəmli rol oynadığını göstərir. Turizm obyektlərinin gösçtərdiyi  xidmət də ölkəmizə gələn turistləri  razı salır və dövlət büdcəsinə bu sahədən daxil olan vəsaitin artmasına səbəb olur. Yeni ticarət obyektlərinin istifadəyə verilməsi isə bu sahədə canlanma yaradacaq. Rayonda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər də rayonda bu sahənin prioritetlərdən biri olduğunu göstərir. Qarşıdakı illərdə də sahibkarlığın inkişafı diqqət mərkəzində olacaq. 

 

Tarix
30 Noyabr 2015 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin