Ana səhifə
19 Sentyabr 2018

Putin "qaşınır"

NATO oktyabrın 29-da bildirib ki, Rusiya hərbi təyyarələrindən ibarət 4 qrup ötən 24 saat ərzində Avropa Birliyi sərhədlərinə yaxın beynəlxalq hava məkanında “ciddi hərbi manevrlər həyata keçirib”.

 

 

Ucnoqta.azxəbər verir ki, azadliq.org-un yazdığına görə, Belçikanın Mons şəhərində NATO-nun SHAPE hərbi qərargahı bildirib:

“Bu iri həcmli uçuşlar Avropanın hava məkanında fəaliyyətin qeyri-adi həddini göstərir”.

Məlumatda deyilir ki, təyyarələrə strateji bombardmançılar, qırıcılar və tanker- təyyarələr daxildir. Təyyarələr Baltik dənizi, Şimal dənizi, Atlantik Okeanı və Qara Dəniz üzərində oktyabrın 28-də və 29-da görünüblər.

Rusiya bombardmançıları Portuqaliya və İspaniyanın qərbinə doğru hava məkanında uçublar.

Rusiya təyyarələrinin izlənib aşkarlanmasına Norveç, Britaniya, Portuqaliya, Almaniya, Danimarka və Türkiyə qırıcıları cəlb olunub. Qeyri-NATO üzvləri olan Finlandiya və İsveç də reaksiya verib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə Rusiya arasında gərginlik Soyuq Müharibədən bəri ən böyük həddə çatıb.

 

Tarix
30 Oktyabr 2014 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin