Ana səhifə
14 Noyabr 2018

ARDNŞ nümayəndəsi Avropanı məlumatlandırdı

Oktyabrın 28-29-da Buxarestdə Rumıniyanın nüfuzlu “Neft sənayesi icmalı” jurnalı və “Neft Klubu”nun təşkilatçılığı ilə “Rumıniya Qaz Konfransı” keçirilmişdir.

 

Ucnoqta.az ARDNŞ-in saytına istinadla bildirir ki, Dövlət və hökümət nümayəndələrinin, bu ölkədə fəaliyyət göstərən aparıcı xarici neft-qaz şirkətləri rəhbərlərinin, iş adamlarının, investorların, ekspertlərin iştirak etdiyi tədbirdə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış etmişdir. O, Qara dəniz və Xəzər dənizi ölkələrinin regional əməkdaşlığı, Avropa qaz bazarı, Azərbaycan təcrübəsi, Rumıniya üçün imkanlar və digər mövzulara toxunmuş, Azərbaycanın neft strategiyası, enerji siyasəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rol oynadığı vurğulanmışdır. Avropanın enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələri, eləcə də 21-ci əsrin layihəsi sayılan “Cənub Qaz Dəhlizi” haqqında ətraflı bəhs olunmuş, ARDNŞ-nin Qara dəniz bölgəsində enerji sahəsindəki strateji layihələrdə region ölkələrilə birgə çalışmağa, öz təcrübəsini bölüşməyə hər zaman hazır olduğu qeyd edilmişdir. Sonda ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri tədbir iştirakçılarını və qonaqları maraqlandıran sualları cavablandırmışdır.

 

Bəhruz                      

 

Tarix
30 Oktyabr 2014 [20:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin