Ana səhifə
21 Sentyabr 2018

İnvestisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib

Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir

 İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Noyabrın 26-da Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
130-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, metal konstruksiya, mebel, neft-kimya sənayesi avadanlıqları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış neft-kimya sənayesi avadanlıqları istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi potensialını daha da artıracaq.  Qaradağ rayonunda qeyri-neft sektorunun inkişhafı istiqamətində də ardıcıl işlər görülür. Unutmaq olmaz ki, daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün bundan sonra da sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcək. «Dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək». Bu sözləri Prezident İlham Əliyev Qaradağ rayonunda olarkən deyib. 
Qeyd edək ki, sahibkarların maliyyələşməsində banklar da yaxından iştirak edir.  Onların ölkə iqtisadiyyatına  sərfəli şərtlərlə sərmayə yatırması müsbət haldır. Hazırda  Qaradağ rayonu ölkənin ən iri sənaye mərkəzlərindən biridir. Rayonun ərazisində 90, o cümlədən 22 iri sənaye müəssisələri fəaliyyət göstərir. Ümumiyyətlə rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir. Burada yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Rayonun bu sürətli inkişafını nəzərə alaraq böyük elektrik stansiyası tikilib istifadəyə verilib. Modul tipli Səngəçal elektrik stansiyasının istehsal gücü 300 meqavata bərabərdir. Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki burada yaradılacaq yeni sənaye müəssisələri əlavə elektrik enerjisi tələb edəcəkdir. Aydındır ki, görülən işlər rayonun iqtisadi göstəricilərində də özünü göstərir. Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə 491808,6 min manatlıq sənaye məhsulu istehsal edilib, sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 95495 min manat investisiyadan istifadə olunub. Rayon sənayesində qeyri dövlət müəssisələri tərəfindən 233925,8 min manatlıq, dövlət müəssisələri tərəfindən isə 257876 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. İstehlakçılara 552470,3 min manatlıq mal göndərilib, neft və qaz sənayesi müəssisələrində 396,8 min ton xam neft və 375,9 milyon kub metr təbii qaz hasil olunub. Qaradağ rayonu üzrə 1423,7 min ton sement, 80,7 min ton mişar daşı istehsal edilib. Ötən dövr ərzində rabitə xidmətlərinin həcmi 1794,2 min manat olub. Pərakəndə əmtəə dövriyyəsi 2056931,2 min manat, əhaliyə göstərilən pullu xidmətlər isə 92800,0 min manat olub. 2015-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 16907,4 min manatlıq xidmətlər göstərilib. Bu rəqəmlər onu deməyə əsas verir ki, Qaradağ rayonunda həyata keçirilən tədbirlər müsbət nəticəsini verir və yeni sənaye müəssisələrinin yaradılması və əvvəlkilərin müasir texnologiya əsasında qurulması  ölkəmizin iqtisadi gücünü artırır və əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edir.

Tarix
27 Noyabr 2015 [13:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin