Ana səhifə
20 Fevral 2018

ATƏT Nardaranda jurnalistlərə hücumu pislədi

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç dünən Nardaranda bir qrup radikal şəxsə qarşı keçirilən polis reydi zamanı jurnalistlərə hücum faktını pisləyib. Bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib. Qeyd edilir ki, naməlum şəxslər Nardaranda keçirilən polis əməliyyatı zamanı İTV-nin operatoruna hücum ediblər. Operator döyülüb, audio-video texnika isə zədələnib. ATV-nin çəkiliş qrupu da reyd zamanı hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb. «Bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır. Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir. Mən inanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması üçün əllərindən gələni edəcək və hücum edən şəxsləri məsuliyyətə cəlb edəcəklər», - deyə D. Miyatoviç vurğulayıb.

Tarix
27 Noyabr 2015 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ