Ana səhifə
22 Fevral 2018

Milli Məclisin komitə sədrləri jurnalistlərlə görüşəcək

Parlament Jurnalistləri Birliyi (PJB) gələn həftədən etibarən Milli Məclisin yeni seçilmiş komitə rəhbərləri ilə görüşlər keçiricək. Bu barədə Modern.az-a PJB sədri Elşad Eyvazlı məlumat verib. “Milli Məclisdə komitələrin sayı 15-ə çatıb. Qərarlaşdırdıq ki, komitə rəhbərləri ilə jurnalistlər arasında daha sıx əlaqə qurmaq məqsədilə onların görüşünü təşkil edək. KİV nümayəndələri ilə keçiriləcək bu görüşlərdə Milli Məclisin komitə rəhbərlərinə görəcəkləri işlər, qanunvericilik sahəsində edəcəkləri yeniliklərlə bağlı suallar ünvanlanacaq. Diskussiya şəraitində keçiriləcək görüşlərdə komitə rəhbərləri sözsüz ki, jurnalistlərin digər suallarını cavablandıracaqlar”.

Qeyd edək ki, Milli Məclisin komitə rəhbərləri ilə Parlament Jurnalistləri Birliyinin silsilə görüşləri əvvəlki illərdə də keçirilib.

Tarix
27 Noyabr 2015 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ