Ana səhifə
19 Oktyabr 2018

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərinin və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində öz abunəçilərinə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.

İstifadəyə verildiyi vaxtdan indiyə kimi şirkətin təqdim etdiyi yüksək keyfiyyətli Wi-Fi internet xidmətindən 50 000-dən artıq Bakcell abunəçisi və eləcə də Bakcell şəbəkəsini seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar yararlanıb.
2014-cü ildən başlayaraq Bakcell bütün abunəçiləri və rouminqdə olan xarici qonaqlar üçün Bakı şəhərinin və Abşeron yarımadasının bir çox yerlərində Wi-Fi şəbəkəsini genişləndirməkdədir. Hazırda abunəçilərimiz Milli Park, H.Əliyev adına Beynəlxalq Hava Limanı, Tibb Universiteti, Qubernator bağı, Elmlər Akademiyası parkı, Fəvvarələr meydanı, Sahil Parkı, Hüseyn Cavid parkı, Rixard Zorge parkı, Malakan bağı, Qış bağı və bir çox digər mədəni-tarixi və istirahət yerlərində quraşdırılmış nöqtələrdə Bakcell şirkətinin yüksəksürətli pulsuz Wi-Fi şəbəkəsindən istifadə edirlər. Pulsuz Wi-Fi xidməti keçən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat vasitələrində, 10 avtobus dayanacağında və 77 saylı Bakı avtobus marşrut xəttində də mövcuddur.
“Yüksək keyfiyyətli 3G və 4G LTE xidmətləri ilə Bakcell şirkəti Azərbaycanda ən geniş və ən keyfiyyətli mobil rabitə şəbəkəsini təmin edir. Məqsədimiz odur ki, “Bakcell”in mobil internet xidmətindən hər yerdə istifadə etmək mümkün olsun. Wi-Fi xidmətinin göstərilməsinə biz təxminən 2 il əvvəl başlamışıq, hazırda Bakcell Azərbaycanda ən geniş Wi-Fi şəbəkəsini təmin edir. Bu gün mobil internet artıq sabit internet əlaqəsini üstələyir və bu tendensiya davam etməkdədir. Bakcell ən son texnologiyalardan istifadə edərək Bakıda və Abşeron yarımadasında bu günə ən yaxşı, ən sürətli və ən geniş Wi-Fi şəbəkəsi qura bilib”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Bu gün bazarda təklif olunan smartfon, planşet, noutbuk və digər mobil cihazların böyük əksəriyyəti Wi-Fi texnologiyasını dəstəkləyir və bu, sözügedən texnologiyanı gündəlik həyatımızda internetə çıxış üçün istifadə etdiyimiz əsas alətlərdən birinə çevirir. Wi-Fi bütün dünyada getdikcə hər yerdə mövcud olan və daha əlçatan bir vasitədir. Ev təhlükəsizlik sistemləri, əyləncə sistemi, “ağıllı” televizorlar, müşahidə və nəzarət sistemləri, daşına bilən cihazlar kimi bütün növ cihazların Əşyaların İnternetinə qoşulduğu yeni bir dövrə qədəm qoyduqca, texnologiyaların inkişafını təqib etmək üçün simsiz rabitənin əhəmiyyəti daha da artır. 
Bakcell şirkətinin məqsədi öz abunəçilərinə qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı yaratmaqdır. Şirkətin pulsuz Wi-Fi şəbəkəsi abunəçilərimizə heç bir xərc çəkmədən internet resurlslarından onlayn rejimdə faydalanmaq imkanı verir. İstifadəçilərin rahatlığı üçün təhlükəsiz girişə nəzarət sistemi şifrənin gün ərzində təkrar istifadə olunmasını təmin edir. 
Şəbəkə Azərbaycanda daha çox mədəni, tarixi, təhsil, əyləncə və digər yerləri əhatə edərək genişlənməkdə davam edir.
Bakcell 3G və 4G şəbəkələrinin əhatə dairəsini genişləndirərək və Wi-Fi zonalarının sayını daha da artıraraq, abunəçilərini ən mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün öz şəbəkəsinə sərmayə yatırmaqda davam edir.
***
Bakcell haqqında 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. 
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tarix
26 Noyabr 2015 [17:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin