Ana səhifə
15 Noyabr 2018

Tovuzda kütləvi zəhərlənmə

Zəhərlənənlərdən birinin vəziyyətinin ağır olduğu deyilir

 

 

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

 

Ucnoqta.az” xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bir ailənin 7 üzvü yedikləri pomidor turşusundan zəhərləniblər. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

 

Zəhərlənmə halı Tovuzun Yucarı Öysüzlü kəndində yaşayan Yusifovlar ailəsində baş verib. Şam yeməyində ailə aldıqları pomidor turşusunu yeyib. Bundan sonra 5-i uşaq, ikisi valideyn olmaqla ailə üzvlərinin hamısı zəhərlənib.

 

Və xəstəxanya müraciət edib. Ata Xəqani Yusifov, ana Xaliqə Yusifova və onların övladları 16 yaşlı Aişə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 9 yaşlı qismət 4 yaşlı Aidə zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasna yerləşdiriliblər.

 

Xəstəxanadan verilən məlumata görə, ailə üzvlərinin vəziyyəti kafidir. Onlardan yalnız 14 yaşlı Aygünün vəziyyəti ağırdı. Ailə üzvlərinin müalicəsi davam edir.

Tarix
29 Oktyabr 2014 [19:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin