Ana səhifə
20 Sentyabr 2018

Azərbaycanlı yeniyetmə yol polisini niyə vurdu? – VİDEO

Rusiyanın Saratov şəhərində 17 yaşlı azərbaycanlını polis saxlayıb

 

Ucnoqta.az” xəbər verir ki, ANSPRESS-in məlumatına görə, Rusiyanın Saratov şəhərində 17 yaşlı azərbaycanlını polis saxlayıb. Bolşaya Qornaya küçəsində yaşlı qadın polisə müraciət edərək avtomobilin piyada keçidinin üzərində dayandığını və piyadaların hərəkətinə maneə törətdiyini deyib.

Ərazidə olan yol polisi "Folksvaqen Polo" markalı maşına yaxınlaşaraq sürücüdən sənədlərini tələb edib. Bu zaman gənc oğlan sənədləri axtarmağa başlayıb. Lakin qəfildən o avtomobili geri doğru hərəkət etdirib və iki dəfə polis müstəntiqini vurub. Nəticədə polis yerə yıxılıb. Dərhal ayağa qalxan polis zədələnməsinə baxmayaraq avtomobillə qaçan gənci izləməyə başlayıb.

Gənc sürücü qəza törətdiyindən, polis onu qısa vaxtda saxlaya bilib. Nəticədə bəlli olub ki, maşını idarə edən 17 yaşlı Seymur Rzayev olub. Saxlanılan Seymur vəsiqəsi olmadan avtomobil idarə etdiyini və bunun ilk olmadığını deyib. "Mən qardaşıma çox bənzəyirəm. Adətən onun vəsiqəsi ilə maşın sürürəm".

 

Polis idarəsinə gətirilən gənclə bağlı araşdırma başlayıb.

 

Tarix
29 Oktyabr 2014 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin