Ana səhifə
20 Sentyabr 2018

Onlar Zəngilanı yenə unutdular. Təəccüblü deyil

Ucnoqta.az” xəbər verir ki,  Milli.az-ın məlumatına görə, bu gün Zəngilan rayonunun erməni işğalına məruz qalmasından 21 il keçir. Zəngilan dərdi bir gəncin ömrü qədərdir artıq və bu dərdi yaşayanlar, nisgillə ürəyi qovrulanlar, hər səhəri qayıdış ümidi, erməni tapdağı altında olan kiçik vətənin azadlığa çatması arzusu ilə günü yaşayanların sayı heç az deyil.

 

 

Amma görünür, Azərbaycan şou-biznesinin "ulduz" və "ulduzcuq"ları üçün Zəngilan, sadəcə, xəritədə bir məkan, təqvimdəki tarixdir ki, həmin gün imkan düşsə, telekanallardakı toyxana proqramlarından, mağar verilişlərindən birində sifətinə məhzun görkəm verib aparıcının "Zəngilanın işğal günüdür" xatırlatmasına boğaz arıtladıb kövrəlmək görüntüsü yaratmaq, sonra da "Arzum oranın azad olunmasıdır: Zəngilan azad olan kimi orada konsert vermək istəyirəm" deməkdir.

 

Mağar təfəkkürlü adamdan, yaşamını nə zaman başladığını özü də unudan videoklip kimi sürən kəsdən bundan artığını gözləyib unutqanlığa təəccüblənmək sadəlövhlükdür.

Bu gün müğənnilər və özlərini müğənni hesab edənlərin sosial şəbəkələrindəki profillərinə baxdıq.

Hər şey var - Zəngilanın adı yox.

 

Təəssüfləndik.

Bu insanlar gerçəkdənmi hər şeyi şou, daha çox məşhurlaşmaq vasitəsi sayır, yataq otaqlarının gizlinlərini açıb tökməyi populyarlıq vasitəsi, ayaqyolunda belə şəkil çəkdirib sosial şəbəkələrdə yaymağı "qlamur"luq sayırlar?!

 

Görünür, belədir.

 

Zəngilanın daşı ola bilməyənlərin ölkə vətəndaşı olacağına ümid edirik. Halonki o ümid Bakıdan uzaq görünən, amma şah damarımız qədər bizə yaxın Zəngilanda viran qalmış evlərdən birində közərən alov qədər zəifdir indi.

Tarix
29 Oktyabr 2014 [18:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin