Ana səhifə
16 Noyabr 2018

Nobel mükafatçıları ATU-da

Azərbaycan Tibb Universitetində (ATU) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları – Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.

ATU-nun mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov Forumda müzakirə edilən mövzuların aktuallığından danışıb.

İon kanalları ilə bağlı apardığı tədqiqatlardan danışan almaniyalı Nobel mükafatçısı, professor Ervin Neyer bildirib ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır.

Amerikalı Nobel mükafatçısı, professor Kurt Vütrix isə ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətindən söz açıb. O, elmin qloballaşdığı bir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə qonaqlar universitet müəllimlərinin suallarını cavablandırıblar.

Daha sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikası, klinikanın Təlim-Treninq Mərkəzi ilə tanış olublar.

 

Tarix
6 Oktyabr 2014 [13:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin