Ana səhifə
23 Sentyabr 2018

Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensial var

Xüsusilə qeyri-neft sektorunda əldə olunan uğurlar sevindiricidir
Azərbaycan iqtisadi artım tempini qoruyub saxlaya bilib. Bu olduqca vacib məqamdır. Çünki qlobal çətinliklər var, region ölkələrin əksəriyyətində iqtisadi artıma nail olmaqda problemlər var. Bütün bunların fonunda Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması kifayət qədər pozitiv hal kimi qiymətləndirilməlidir. Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Nəzərə alsaq ki, bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ümumiyyətlə, bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. «Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərib. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artıb və bu da dediyim kimi aparılan islahatların nəticəsidir. Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə, qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Bu barədə bir qədər sonra danışacağıq», Prezident İlham Əliyev deyib.  
Bu il “Kənd təsərrüfatı ili” elan edilib. “Kənd təsərrüfatı ili”ndə isə kənd təsərrüfatı 6,7 faiz artıb. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olub. Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu da o deməkdir ki, əhalinin real gəlirləri ildən-ilə artır. Baxmayaraq ki, bu il həm ölkə, həm bölgə üçün ağır il olaraq qalır. 
Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. «Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir»,- Prezident deyib.
 Göründüyü kimi bu uğurlar sadəcə neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi fonunda baş vermir, bu eyni zamanda əsas hissə ticarət tərəfdaşlarımızda müşahidə edilən çətinliklər fonunda baş verir. Azərbaycan qlobal iqtisadi çətinliklərə və eləcədə regiondakı problemlərə, neftin dünya bazarındakı qiymətinin azalmalarına baxmayaraq iqtisadi artım tempini qoruyub saxlaya bilib. Xüsusilə qeyri-neft sektorunda əldə olunan uğurlar sevindiricidir. Bu sahə neft sektorunda geriləməni kompensasiya edə bilər.
Qeyd edək ki. Azərbaycanda dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Bu gün Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Hələ 19-cu əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaradıb. Azərbaycanda sənayeləşmə siyasətinin əsası isə ötən əsrin 70-80-ci illərində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub və məhz onun müstəsna xidmətləri sayəsində güclü sənaye potensialı formalaşdırılıb. Bu dövrdə neft maşınqayırması kompleksi, Dərin Özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında Azərbaycan dünyada tanınmış mərkəzlərdən biri idi.
Müstəqilliyin ilk illərində “Əsrin müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu və düşünülmüş neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan verib. Eyni zamanda, “Əsrin müqaviləsi” neft-qaz və onunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına zəmin yaratdı.
Təbii ki, neftdən kənar sektorların inkişafı olduqca vacibdir. Cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan artıq neft sektorunu unutmalıdır və qeyri-neft sektoru üzərində iqtisadiyyat qurmalıdır. Qeyri- neft sektoru hesabına iqtisadiyyatın qurulması riskləri azaldır. İqtisadi diverfikasiya bir mənalı şəkildə həm neftin dünya bazarında artıb azalması,həm də iqtisadiyyatın daha dayanıqlı inkişafı üçün zəmin yaradır. Atrıq turizm, aqrar sektor, informasiya texnologiyası, eləcədə yeyinti səneyisi, yüngül səneyi prioritet sektorlar olaraq dəstəklənir. Lisenziyanın verilməsi qaydaları sadələşdirilib, əsassız yoxlamaların isə qarşısı alınıb. Sözsüz bütün bunlar həm iqtisadi liberallaşmanın coğrafiyasının genişləndirilməsinə gətirib çıxaracaq,həm də artıq azad şəkildəsahibkarlığıninkişafı üçün bir zəmin formalaşacaq. O baxımdan iqtisadi diverfikasiyanın sürətlənməsi və neftdən asılığın mərhələli şəkildə aradan qaldırılması  üçün sössüz elektronlaşmayla bağlı, ASAN xidmətin səlahiyyətlərinin və xidmətinn genişləndirilməsi ilə bağlı addımların atılması və bu istiqamətdə islahatların genişləndirilməsi çox vacib idi. Çünki,bütün bunlar imkan verəcək ki, qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının kəskin artımına nail olmaq mümkün olsun və bütün bunlar imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə və xarici faktorlardan sığorta olunmuş formada inkişaf etsin. Sahibkarlıq subyektləri artsın və  ölkə iqtisadiyyatında onların payı artsın. Bu, təbii ki, ölkə iqtisadiyyatının uzun müddətli iqtisadi inkişafı üçün ciddi bir zəmin formalaşdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub. Əənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr verib. Belə ki, son 10 il ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, bərk məişət tullantılarının yandırılması, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib.

 

Tarix
24 Noyabr 2015 [18:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin