Ana səhifə
21 Sentyabr 2018

Lahıc misgərlik sənəti YUNESKO siyahısına salına bilər

2015-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına 45 nominasiya təqdim edilib. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə noyabrın 23-də Parisdə YUNESKO-nun mənzil-qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasına həsr edilmiş mətbuat konfransında bildirilib. Bunlardan 8 nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına, 35 nominasiya isə Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim olunub. Azərbaycan reprezentativ siyahıya Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib. Komitənin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçiriləcək 9-cu sessiyasının gündəliyinə üzv dövlətlər tərəfindən Ümumdünya İrs Siyahısına daxil olunması məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq bu siyahıda olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımlar və digər məsələlər daxildir.

Qeyd edək ki, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası 2013-cü ilin dekabrında Bakıda keçirilib. Sessiyada Azərbaycanın çövkən oyunu təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Tarix
24 Noyabr 2015 [01:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin