Ana səhifə
25 Sentyabr 2018

BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mətbuat Şurasında olub

Azərbaycan Mətbuat Şurasında BMT-nin ölkəmizdə səfərdə olan İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naserlə görüş keçirilib. Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Azərbaycanda medianın durumu barədə geniş məlumat verib.

 

 

MŞ sədri bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurası postsovet məkanında medianın özünütənzimləməsi işini həyata keçirən ilk qurumlardandır. Şuranın təcrübəsindən digər ölkələrdə də yaxından istifadə olunub. Təşkilatın əsasən müxtəlif vətəndaş qruplarından daxil olan müraciətləri araşdırdığını qeyd edən Ə.Amaşov ötən müddətdə MŞ-nin söz və ifadə azadlığı ilə əlaqədar prosesləri də diqqət mərkəzində saxladığını vurğulayıb.

 

BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naser ölkəmizə Bakıda keçirilən «Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum»da iştirak məqsədilə gəldiyini vurğulayıb. Rəhbərik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açan qonaq bildirib ki, İctimai İnformasiya Departamenti BMT-yə üzv ölkələrin bir çoxunda struktur bölmələrə malikdir. O, həmçinin departamentin BMT-nin gerçəkləşdirdiyi tədbirlərdə jurnalistlərin akkreditasiyası məsələlərindən, eləcə də həmin toplantıların dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərin spesifik cəhətlərindən bəhs edib. 

Tarix
29 Oktyabr 2014 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin