Ana səhifə
15 Noyabr 2018

“Mehmanxana sahibəsi” Dövlət Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın məşq prosesinə start verilir.  Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsasında hazırlanacaq eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verəcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.  
Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir. 

 

 

                                                                          

Tarix
23 Noyabr 2015 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin