Ana səhifə
21 Sentyabr 2018

Əbülfəs Qarayev YUĞ Dövlət Teatrında olub - FOTOLAR

"Ucnoqta.az" xəbər verir ki, dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrında olub. Nazir M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” traktatı əsasında hazırlanmış “Naməlum Axundzadə” tamaşasına baxıb. Tamaşadan sonra Ə.Qarayev kollektivlə söhbət edib, tamaşa haqqında və ümumiyyətlə, YUĞ Teatrı haqqında fikirlərini bildirib. Nazir YUĞ Teatrının Azərbaycan teatr məkanında yerini, teatrın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin YUĞ teatrını qoruyub-saxlamağın, burada gedən yaradıcılıq prosesinin stimullaşdırılmasının vacibliyini vurğulayıb və teatrın daha geniş arealda tanınması, beynəlxalq festivallarda və qastrol səfərlərində ölkəmizi təmsil etməsi üçün Mədəniyət və Turizm Nazirliyinin həmişə köməyə hazır olduğunu bildirib. Nazir həmçinin teatrın maddi-texniki bazasının, işıq və səs avadanlıqlarının təkmilləşdirilməsinin mühüm bir məsələ kimi gündəmdə olduğunu qeyd edib.

 

YUĞ Teatrının rejissoru Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşasını klassik irsə müasir yanaşma nöqteyi-nəzərindən yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, tamaşaların nümayişi, reklam-təbliğat işlərinin aparılması və s. məsələlərlə bağlı öz dəyərli məsləhətlərini verib və kollektivə yaradıcılıq uğurları arzulayıb. 

 

Rəqsanə

Tarix
29 Oktyabr 2014 [19:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin