Ana səhifə
19 Sentyabr 2018

Müxalifət seçkidə iştirak edəcəkmi? -CAVAB

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ölkənin bəzi siyasi partiyaları bu seçkilərə hazırlaşır. Bəs bələdiyyə seçkilərində müxalifət partiyaları iştirak edəcəkmi?


 

Ucnoqta.az xəbər verir ki, Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib ki, partiya bələdiyyə seçkilərində iştirak edəcək: “Müsavat Məclisi bələdiyyə seçkilərində iştirakı tövsiyə edib. Hazırda partiyanın rayon təşkilatlarında seçkiyə hazırlıqlar davam edir”.

 

AMİP sədri Yusif Bağırzadə isə bildirib ki, artıq bələdiyyə seçkilərində fəal iştirakla bağlı qərar verilib: “Biz hazırda bununla bağlı bir çox rayonlarda zona müşavirələri keçiririk. Seçkilərdə qələbə çalmaq əzmindəyik. Ümumiyyətlə, bələdiyyə seçkilərinə partiyada böyük əksəriyyət namizədliyini irəli sürmək niyyətindədir”.

 

Böyük Quruluş Partiyasının  sədri Fazil Mustafa partiyasının seçkilərdə iştirak edəcəyini və artıq bununla bağlı müvafiq sənədlərin MSK-ya təqdim etdiyini bildirib.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Elçin Mirzəbəyli seçkilərə qatılacaqlarını, lakin iştirak formasını Ali Məclisin növbəti toplantısında açıqlayacaqlarını deyib.

 

Vətəndaş Həmrəyli Partaysının  Ali Məclisinin sədri Rafiq Manaflı deyib ki, bələdiyyə seçkilərində iştirakla bağlı qərar verilib.

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də seçkidə iştirak edəcəklərini qeyd edib.

 

VİP sədri Əli Əliyev isə seçkilərdə iştirak ehtimalının az olduğunu, bununla bağlı yekun qərarın gələn həftə açıqlanacağını vurğulayıb.

 

KXCP və Ümid Partiyası seçkilərdə iştirakla bağlı artıq qərar veriblər.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıqlamasında deyib ki, partiyanın bu seçkidə iştirak etmək niyyəti yoxdur: “Bu barədə partiyada hər hansı qərar yoxdur".

ADP isə maliyyə problemi ilə əlaqədar seçkidə iştirak etməyəcəyini bildirib.

 

Tarix
29 Oktyabr 2014 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin