Ana səhifə
14 Noyabr 2018

Sabunçu və Qaradağ sakinlərinin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın rayonları üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam edir. 
 

 

Ucnoqta.az xəbər verir ki, növbəti səyyar qəbullar noyabrın 1 - də Sabunçu və Qaradağ rayonlarında keçiriləcək. Sabunçu rayonu üzrə 71 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Zabrat, Balaxanı və Ramana qəsəbələrində yerləşən məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Qaradağ rayonu üzrə 106 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Lökbatan, Buta, Qızıldaş qəsəbəsində yerləşən məktəblərin və 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.(Qafqazinfo.az)

 

Tarix
29 Oktyabr 2014 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin