Ana səhifə
24 Fevral 2018

Çeçenistanda partlayış - 5 polis ölüb, 12 yaralı

Çeçenistanın paytaxtı Qroznıda baş vermiş partlayışda 5 polis ölüb, 12 nəfər yaralanıb. Rusiyanın RİA Novosti agentliyi Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən belə məlumat yayıb.

Məlumata görə, Qroznının mərkəzi meydanında şəhərin quruluş ildönümünə həsr olunmuş konsert təşkil olunub. Konsertin keçirildiyi əraziyə daxil olmaq istəyən gənclərdən birini polis yoxlamaq istəyərkəın o üzərindəki bombanı işə salıb.

Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir. İlkin məlumata görə, bombalı hücumçu 19 yaşlı yerli sakin Opti Mudarovdur. 

 

Tarix
6 Oktyabr 2014 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ