Ana səhifə
21 May 2018

"Bəzi mətbuat xidmətləri vaxtında KİV-i informasiya ilə təmin etmirlər”

Əflatun Amaşov hansı dövlət qurumlarından şikayətləndi?
 
“Çox təəssüf ki, bəzi dövlət qurumlarının mətbuat xidmətləri vaxtında kütləvi informasiya vasitələrini informasiya ilə təmin etmirlər”. APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
 Şura sədri bildirib ki, Mətbuat Şurasının monitorinq qrupunun ekspertləri tərəfindən son vaxtlar ölkədə baş verən hadisələrlə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbləri araşdırılıb: “Bəzi mətbuat orqanları araşdırmalar aparmadan, IP xatirinə məlumat yaydılar. Bu xəbərləri bilərəkdən, ajiotaj yaratmaq xatirinə yayan saytlar da olur. Təsəvvür edin ki, hadisələr baş verir, informasiya baş alıb gedir. Bir müddətdən sonra haqqında yazılan qurumun mətbuat xidməti yayılan xəbərlərlə bağlı təkzib verir”.

Tarix
20 Noyabr 2015 [15:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin