Ana səhifə
25 Sentyabr 2018

KTN-də görüş keçirilib

29 oktyabr 2014-cü il tarixdə  Kənd Təsərrüfatı Nazirliyində nazir müavini Seyfəddin Talıbovun sədrliyi ilə  “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılması üzrə İşçi qrup”un və Respublikada fəaliyyət göstərən beynəlxalq təşkilatlar və maliyyə qurumlarının - Dünya Bankı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və Avropa İttifaqının təmsilçilərinin iştirakı ilə görüş keçirilmişdir.

 

Ucnoqta.az nazirliyin saytına istinadən xəbər verir ki, nazir müavini Seyfəddin Talıbov  görüş iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli  Fərmanından irəli gələn tapşırıqları yerinə yetirmək məqsədi ilə  həyata keçirilən tədbirlər, o cümlədən heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması tədbirləri haqqında məlumat vermiş və gələcək planlardan danışmışdır. Daha sonra qeyd olunan məsələlər ətrafında  geniş müzakirələr aparılmışdır. Beynəlxalq qurumların nümayəndələri bu sahədə mütərəqqi dünya təcrübəsi haqqında məlumat vermiş və Nazirliyin təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildirmişlər. Müzakirələrdə Nazirliyin və beynəlxalq təşkilatların qarşılıqlı əməkdaşlığının vacib olduğu vurğulanmışdır.

Tarix
29 Oktyabr 2014 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin