Ana səhifə
24 Sentyabr 2018

Qadın sahibkarların maliyyə vəsaitlərinə çıxışı azanlaşacaq

Vahid Əhmədov: «Prezident İlham Əliyev tərəfindən qəbul edilən qanunlar, imzalanan sərəncamlar və atılan bu addımlar davamlı olacaq və öz nəticəsini verəcək"

Qeyri-neft sektorunun inkişafı, iş yerlərinin yaradılması, iqtisadiyyatın inkişafı üçün kiçik sahibkarlıq böyük önəm daşıyır. Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Bakıda təşkil olunmuş Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” adlı konfransda bildirilib.  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib ki, Qlobal Sahibkarlıq Həftəsi ərzində bütün dünyada keçirilən tədbirlər və müsabiqələr milyonlarla insanı sahibkarlıqla məşğul olmağa ruhlandırır. Eyni zamanda, bu insanları potensial tərəfdaşlar, mentor və hətta investorlarla əlaqələndirir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə bildirib ki, ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılmasına çalışır. “Ölkəmiz sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışlayır. Biz islahatların davamlı və səmərəli olması üçün tərəfdaşlıq etməyə hazırıq” – deyə səfir vurğulayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan qeyd edib ki, Qlobal Sahibkarlıq Həftəsi təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Beş il ərzində onun əhatə dairəsi 131 ölkəyədək genişlənib və davamlı tədbirlər vasitəsilə 25 milyona yaxın iştirakçı cəlb edib. Sahibkarlıq məsələlərinə diqqət çəkən Derek Hoqan vurğulayıb ki, ölkələr şəxslərə özlərinin səylərinə əsasən uğur qazanmaq, habelə bunun bəhrəsini görmək şansı verdikdə, həmin şansdan yararlanmaq istəyən minlərlə insan tapıla bilər. Həmin insanlar cəmiyyətə daha möhkəm stabillik gətirən yollarla ölkəni yaxşılığa doğru dəyişə bilərlər. Tədbirdə çıxış edən Azərbaycanın Milli Sahibkarlar Təşkilatları Konfederasiyasının Baş katibi Mənhəmmədəli Əfəndiyev məlumat verib ki, bu il ölkəmizdə sahibkarlar üçün 250 milyon manat güzəştli kreditlər nəzərdə tutulub. Bu da sahibkarlığın inkişafında müəyyən rol oynayacaq.Hazırda ixrac yönümlü məhsulların artırılmasına ehtiyac olduğunu deyən iqtisadçı Vahid Əhmədov bu məqsədlə görülən tədbirlərdən danışıb. Qeyd edib ki, yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları beş il müddətinə torpaq vergisindən başqa, bütün vergilərdən azad olunacaq. Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşşenko bildirib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlavə iş yerlərinin açılması, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda da qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün dövlət başçısı tərəfindən müəyyən fərmanlar imzalanıb. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn qadın sahibkarların kişilərə nisbətən daha intizamlı olmasından danışıb. “Onlar bank kreditlərini vaxtında qaytarırlar. Gecikmələr nadir hallarda olur. Gələn il biz qadınlarla bağlı bir sıra iri borcvermə proqramları həyata keçirəcəyik. Bu kreditlərin əksər hissəsi yerli banklar vasitəsi ilə veriləcək. Artıq bununla bağlı üç bank və maliyyə təşkilatı müəyyənləşdirilib” – deyə N.Makkeyn məlumat verib.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko isə bildirib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlavə iş yerlərinin açılması, məşğulluğun təmin olunması deməkdir. O qeyd edib ki, bu sahədə qadınların rolu xüsusi diqqətə layiqdir: “Azərbaycanda da qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün ölkə başçısı müəyyən fərmanlar imzalayıb və bu, onların inkişafına təkan verəcək. Araşdırmalar göstərir ki, xanım sahibkarların, eyni zamanda xanımların rəhbərlik etdiyi müəssisələr kişilərlə müqayisədə daha çox gəlir gətirir". L.Leşçenko qeyd edib ki, sahibkarların 17 faizini qadın rəhbərlər təşkil edir. Bu, Avropa ilə müqayisədə çox aşağı göstərici olsa da, çox böyük irəliləyişdir: "Azərbaycanda qadınların maliyyə vəsaitlərinin əldə olunmasında da çətinliklər var. Qadınların maliyyə vəsaitlərinə çıxışı məhduddur".
«Azərbaycanda bugün qadın sahibkarların müəyyən problemləri mövcuddur. Milli Məclisdə bu problemin həlli yolunda müəyyən qanunvericilik aktları qəbul olunub». Bunu isə  Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Bakıda keçirilən Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi tədbirində çıxışı zamanı bildirib: "Son günlər Azərbaycanda sahibkarlığa dəstək üçün Prezident İlham Əliyevtərəfindən də bir sıra qanunlar qəbul edilib. İlk olaraq yoxlamalar dayandırılıb. Çünki Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün olduqca çox yoxlama vardır".
Onun sözləribnə görə, qadınların sahibkarlıqla məşğul olması üçün həddindən artıq müdaxilələr var: "Amma hiss edirik ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qanunlar, imzalanan sərəncamlar və atılan bu addımlar davamlı olacaq və öz nəticəsini verəcək".
Onun sözlərinə görə, qadınların sahibkar kimi kənd təsərrüfatına cəlb edilməsi bu sektorda inkişafa böyük dəstək olacaq: “Sovet vaxtında həmişə qadınları kənd təsərrüfatına cəlb ediblər. Qadınlar kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstəriblər. Hazırda Azərbaycanda liberal iqtisadiyyat hökm sürür. Qadınların müxtəlif vəzifələrə təyin olunması cənab Prezidentin diqqətində olan məsələdir. Düzdür, kənd təsərrüfatı bir az ağır sahədir. Amma orada fəaliyyət göstərən fermer, sahibkar qadınlarımız çoxdur. Ümumiyyətlə, rayon yerində sahibkarlıqla məşğul olan qadınlarımız var. Kənd təsərrüfatı da sahibkarlığın bir sahəsidir və burada da qadınlarımız fəaliyyət göstərə bilərlər, heç kim onların qarşısını almır. Qadınların bu sahəyə cəlb edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək. Qadınlar çalışdığı yerdə korrupsiya faktları az, təmizlik, şəffaflıq çox olur. Qadınlarda məsuliyyət hissi güclüdür. Ona görə də düşünürəm ki, onları bu sahədə də irəli çəkmək lazımdır”. 
V.Əhmədov deyir ki, qadınların sahibkarlığa cəlb edilməsinin qəbul edilməsi üçün zamana ehtiyac var: “Mənim həyat yoldaşım, qızım kənd təsərrüfatında çalışa bilməz” deyənlər əvvəllər var idi. Amma indi elə deyil. Bir vaxtlar Azərbaycanda Humay adlı bir qadın şoferi var idi, hamı onu əl ilə göstərirdi. Amma indi Azərbaycan qadınlarının 20-25 faizi maşın idarə edir”. 

İqtisadçı Vüqar Bayramov isə bildirib ki,  bu sahədə irəliləyişin əldə olunması üçün Sahibkarlığa Kömək Milli Fondunun gender aspektini nəzərə almasına ehtiyac var: “Gender aspekti nəzərə alınaraq kreditlərin paylanması daha məqsədəuyğundur. Eyni zamanda güzəştlərlə yanaşı, dolayı təşviqedici metodlardan, o cümlədən güzəştli vergilərin tətbiq edilməsi təcrübəsindən yararlanmalıyıq. Qadın sahibkarların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının paytaxtda satışı üçün xüsusi yarmarkaların və bazarların formalaşdırılması yolu ilə bütövlükdə qadınların kənd təsərrüfatında rolunu artırmaq mümkündür. Qadın fermer-sahibkarların sayı ilə bağlı vəziyyət arzuolunan olmasa da, bu sahədə müsbət nəticələrin əldə edilməsinə kömək göstərən baza var. Həm birbaşa, həm dolayı təşviq yolu ilə bu problemin həll edilməsinə və qadın fermerlərin sayının artırılmasına nail olmaq mümkündür”. 
Deməli, qadın sahibkarlara dəstək verilməsi məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətlidir. Qadınlar arasında işsizliyin aradan qaldırılmasına səbəb olur. Bundan başqa, qadın sahibkarların şəhərlərdə kiçik sahibkarlığa cəlb edilməsi istiqamətində  tədöirlərin görülməsi və onlara dəstək verilməsi günün vacib məsələlərindən biridir. Onlar evlərində də bu işlə məşğul ola bilərlər. Bunun üçün onlara güzəştli kredit verilməsi asanlaşdırılmalı və digər maliyyə vəsaitlərinə çıxışları təmin edilməlidir. 

Tarix
18 Noyabr 2015 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin