Ana səhifə
20 Noyabr 2018

3 generalı işdən qovuldu

Rusiyanın hüquq-mühafizə orqanlarında üç generalın işdən qovulması ilə nəticələnən kadr islahatı aparılıb.

Ucnoqta.azın məlumatına görə, Virtualaz.org saytı İTAR-TASS-a istinadən xəbər verir ki, Rusiya ədliyyə nazirinin birinci müavini, həmçinin Rusiya DİN İqtisadi Təhlükəsizlik Baş İdarəsi rəisinin iki müavini vəzifələrindən azad ediliblər.

Ədliyyə nazirinin birinci müavini Aleksandr Smirnov Rusiya prezidenti Vladimir Putinin əmri ilə işdən azad olunub. Prezidentin oktyabrın 28-də imzaladığı həmin əmrinin mətni Kremlin rəsmi saytında dərc olunub. Əmr imzalandığı gündən qüvvəyə minib. Daxili xidmət general-mayoru olan A.Smirnov bu postda 2012-ci ilin iyunundan çalışırdı. Onun postu da boş qalmayıb. Sergey Gerasimov ədliyyə nazirinin I müavini təyin olunub.

V.Putin Rusiya DİN İqtisadi Təhlükəsizlik Baş İdarəsi rəisinin iki müavinini də işdən azad edib. Söhbət rəis müavini, polis genetal-mayoru Feliks Vasilkov və rəisin I müavini, polis general-mayoru Vitali Skvortsovdan gedir. Onların yerinə hələ yeni təyinat olmayıb.

 

Tarix
29 Oktyabr 2014 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin