Ana səhifə
20 Noyabr 2018

Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının artırılmasını istəyir

“Nəqliyyat Nazirliyi 4-5 ay bundan əvvəl Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı müraciət edib”.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə “apa-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

 

Ə. Cəfərov sözlərinə görə, nazirlik əsaslandırılmış şəkildə müxtəlif nəqliyyat mütəxəssislərinin fikirlərini nəzərə alaraq bəzi nəqliyyat xətlərində marşrutların gediş haqlarını qaldırıb: “Tarif Şurasının qərarı ilə 15-25 və 30-40 km-dək olan məsafədə hərəkət edən avtobuslarda gediş haqqı müvafiq olaraq 25 və 35 qəpik təşkil edir. Bu gediş haqqının dəyəri isə avtobusların getdiyi yolun, işlətdiyi yanacağı ödəmir. Avtobusların xarab olduğu halda da təmir xərclərini də ödəmir”.

 

O, deyib ki, gediş haqqının 25 və 35 qəpik olduğu halda, sərnişinlərdən 30 və 40 qəpik alınır: “Bu da sürücü və sərnişinlər arasında bəzən narazılıq yaradır. Bu baxımdan vətəndaş göstərilən ödənişi etməlidir. Buna görə də düşünür ki, qiymətlər artırılmalıdır”.

 

Ə. Cəfərov deyir ki, qiymətlər artırılmayana qədər nəqliyyat sistemindəki bəzi neqativ hallar davam edəcək: “Sürücülərə və avtobus sahibləri olan iş adamlarına bu qiymətlə gediş haqqı sərf etməyəcək. Nəticədə avtobuslarda nasazlıq yarandıqda xəttə daha az nəqliyyat vasitəsi çıxacaq ki, bu da nəqliyyatda sıxlığın yaranmasına şərait yaradacaq”.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı 4-5 ay əvvəl müraciət daxil olub. “Həmin dövrdə müraciətə baxılaraq müvafiq qərar verilib”.

 

O, həmçinin əlavə edib ki, yaxın günlərdə Tarif Şurasına ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

 

Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu ilin sentyabrın 5-də keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib. Şura bildirib ki, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib. Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.

 

Tarix
29 Oktyabr 2014 [17:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin