Ana səhifə
20 Sentyabr 2018

"Türk bəstəkarlarından mahnı götürmək fikrim yoxdur"

Tünzalə Ağayeva: «Deməzdim ki, Türkiyəyə şou-biznesinə qatılmağa hazırlaşıram»

 

Ucnoqta.azxəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva yaradıcılığındakı son yeniliklərdən və Türkiyə şou-biznesinə qatılmaq fikrindən danışıb. Əməkdar artistin “Üç nöqtə”yə açıqlamasına görə, hələlik Türkiyə şou-biznesinə qatılmaq kimi arzusu yoxdur: «Türkiyə şou-biznesinə qatılmaq üçün mahnımın orada  necə qarşılanacağından asılıdır. Orada sinql çıxaracam. Hazırda iki sinql üzərində işlənilir. Biri Azərbaycan, biri isə Türkiyə bazarı üçün nəzərdə tutulub. Mahnı “Get” adlanır. Çox lirik, həznli və kədərli bir mahnı olacaq. Mahnının qəhrəmanı yalnız, tərk edilmiş bir qadındır. O mahnı üzərində Türkiyədə çox məşhur gitaraçı işləyir. Mahnıda əsasən səs və gitara olacaq. Sürpriz olaraq deyim ki, nəfəs alətindən də istifadə edəcəyik. Çox kreativ, orijinal, qeyri-adi və faydalı oranjiman olunacaq. Digər mahnım rok stilində olacaq. Onun üzərində də Türkiyədə çox məşhur bir oranjimançı işləyir. Mən Səməd Vurğun, Mikayıl Müşfiq, Mirvari Dilbazi və Hüseyn Cavid yaradıcılıqlarına müraciət etmişəm. Eyni üsulu Türkiyə musiqisində də etməyi düşünürəm. Məşhur türk ədəbiyyatına müraciət edərək, bir şeirə mahnı yazmışam. Orada o mahnını tanınmış bir şirkət çox bəyənib. Üzərində iş gedir. Əslində, deməzdim ki, mən Türkiyəyə şou-biznesinə qatılmağa hazırlaşıram. Amma ən azından orada bir sinql çıxacaq. Qeyd etdiyim kimi, mahnının nəticəsindən asılıdır. Bir nüsxədə çıxan bir mahnı və bir albom olacaq. Türk bəstəkarlarından mahnı götürmək fikrim yoxdur.  Mən özüm bəstəkaram. Sadəcə türk ədəbiyyatından çox istifadə edəcəm”.

Tünzalə Ağayeva yaxın günlərdə təqdim etdiyi “Təbəssüm” mahnısının tarixçəsindən də danışdı: “Beş gündür ki, “Təbəssüm” adlı mahnımı təqdim etmişəm. Radiolarda da səslənir. Sözləri Cavid Şahbazbəyova, musiqisi məna aiddir. İnanıram ki, digər mahnılar kimi, bu mahnım da tamaşaçıların qəlbində sevimli mahnı kimi öz yerini tutacaq. Bu mahnının qeyri-adi, maraqlı bir tarixçəsi var. Yaxın dostlarımın toyuna sürpriz hazırladıq. Düşünürdüm ki, o mahnı yalnız toyda səslənəcək. Mahnı yazıldı, oranjiman edildi və çox gözəl alındı. Düşündüm ki, mahnı yalnız bir dəfə dinlənilməsin. Bu ifanı bütün insanlar eşitməlidirlər. “Təbəssüm” adlı mahnıma klip çəkdircəyimi bilmirəm. Çünki yaxın günlərdə sözləri Qənirə Paşayevaya, musiqisi mənə, oranjimanı Emin Kərimova aid olan “Gözlərəm” mahnısının klipini təqdim etdik. Klipdə professional rejissor və operatora müraciət etməmişəm. Kadrları qızım və dostlarım çəkib. Çəkilişlərim iki aya yaxın davam etdi”.

 

Rəqsanə

Tarix
29 Oktyabr 2014 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin